"Bu aksiya Azərbaycanın bütün təbəqələri tərəfindən dəstəklənir"

10:46 15-12-2022 | icon 476 | Qarabağ
"Bu aksiya Azərbaycanın bütün təbəqələri tərəfindən dəstəklənir"

 

 

“Bu dinc aksiyadan istifadə edib yolu bağlayanlar məhz Rusiyanın dırnaqarası sülhməramlı qüvvələridir”

 

Laçın–Şuşa yolunda QHT və ekoloqların aksiyası davam edir. Erməni separatçıları ərazilərimizdə yaratmış olduqları bu gərgin vəziyyətdən yenə də özlərinin mənfəətəri üçün istifadə edir, yolun Azərbaycan hərbçiləri tərəfindən bağlanması ilə bağlı səs-küy yaradırlar. Ermənilər özləri Azərbaycan ərazilərində yaratdığı gərginliyi yolun bağlaması kimi təqdim edir, aksiyaçıları, ekoloqlarımızı hərbçilər kimi göstərirlər.  Rusiya sülhməramlı kontingentinin rəhbəri Volkovun azərbaycanlıların görüş tələblərinə cavab verməməsi isə narazılığı daha da artırır.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi ekspert Şair Ramaldanov bildirib ki, bu gün ermənilərin Laçın yolunun bağlanması ilə bağlı səs-küyü, Azərbaycan tərəfini ittiham etməsi erməni separatçılarının uydurduqları növbəti yalanlardır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti QHT və Ekologiya Nazirliyinin nümayəndələri həmin ərazilərdə monitorinqin keçirilməsinə şərait yaradılmadığına etiraz olaraq dinc aksiya keçirdir. 

“Bu dinc aksiyadan istifadə edib yolu bağlayanlar məhz Rusiyanın dırnaqarası sülhməramlı qüvvələridir.  Xankəndi və Ermənistandan tərəfindən gələn yolları Rusiya sülhməramlıları bağlayıb. Digər tərəfdən, aksiya iştirakçıları sülhməramlı kontingentinin rəhbəri Volkovu əraziyə dəvət ediblər, lakin heç bir cavab yoxdur. Proses uzanır və ermənilər bu aksiyadan özlərinin çirkin məqsədləri üçün istifadə edir, vəziyyəti gərginləşdirmək üçün birinci növbədə informasiya sahəsində düzgün məlumatlar verməyərək Azərbaycanı hədəfə alırlar. Ancaq proseslər göstərir ki, aksiyaçılar heç bir aqressiya nümayiş etdirmir və ərazidə ekoloji monitorinq keçirmək tələbini irəli sürürülər. Aksiyaçılar gec-tez öz tələblərini həyata keçməlidir”

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan cəmiyyəti dəfələrlə Rusiya sülhməramlı qüvvələrin fəaliyyəti ilə bağlı narahatlığını və narazılığını bildirib. Onun sözlərinə görə, 2 il keçməsinə baxmayaraq Rusiyanın sülhməramlı qüvvələri öz mandatına uyğun hərəkət etmir, vəzifələrini düzgün yerinə yetirmirlər.

 

“Ona görə də bu gün Azərbaycanda “Rusiya sülhməramlı qüvvələri” deyəndə “dırnaqarasında” sözünü də əlavə edirlər.  Rusiya sülhməramlıları Azərbaycandakı iki illik fəaliyyətlərinə görə bu qiymət alıblar”.

 

Ekspert Laçın-Şuşa yolunda 4 gündür davam edən bu aksiyanı gözlənilən hesab edib.

 

“Hər bir işin öz həddi var. Rusiya sülhməramlı qüvvələrin fəaliyyəti o həddi aşıb. Ona görə də  artıq Azərbaycan cəmiyyəti hərəkətə keçib Laçın yolunda aksiyalar keçirirlər. Bu aksiya Azərbaycanın bütün təbəqələri tərəfindən dəstəklənir və ora hələ də dəstək karvanları getməkdədir. Düşünürəm ki, bu aksiyaları keçirməyə Azərbaycan tərəfinin həm hüquqi, həm mənəvi haqqı var. Vəziyyətin kluminasiya nöqtəsinə gəlməsinə səbəb Azərbaycan tərəfinin sülhməramlıların rəhbərləri ilə danışaraq ərazidə yeraltı sərvətlərin qeyri-qanuni istismarına dair monitorinqin aparılmasına razılıq alması, amma buna şəraitin yaradılmamasıdır. Ona görə də artıq 2 ildən sonra Azərbaycan dövləti, Azrbaycan cəmiyyəti Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi əraziyə nəzarətini gücləndirmək və orada Azərbaycan dövlətinin maraqlarına zidd olan addımlara yol verməməkdir. Aksiyalar hazırda işğaldan azad olunan və müvəqqəti sülhməramlılarının nəzarətində olan ərazilərimizdə ekologiyanın qorunması, qızıl və digər əlvan metallarla zəngin olan yataqların ekoloji terroruna imkan yaradan Rusiya sülhməramlılarına qarşı da səslənir. Düşünürəm ki, bu monitorinqlər nəinki Ekologiya Nazirliyi tərəfindən, Azərbaycanın bütün  qurumları tərəfindən həyata keçirilməli və bütün ərazilərimizdə nəzarət gücləndirilməlidir”. 

 

Hərbi ekspert hesab edir ki, Rusiya sülhməramlıları etiraz aksiyaları ilə bağlı Azərbaycan tərəfinə heç bir xəbərdarlıq verə bilməz. Onun sözlərinə görə, Azərbaycan dövləti Rusiya səfirliyinə nota təqdim edib, amma hələ də  heç bir cavabı yoxdur.

 “Aksiyanın heç bir aqressiv məqsədi yoxdur, çox dinc şəkildə keçirilir və tələbləri ağır deyil. Ona görə də yerinə yetirilməlidir. Monitorinq qrupunun ərazidə ekoloji monitorinqinin keçirilməsinə icazə verilərsə, bu, aksiyanın qarşıya qoydiğu məqsədinə nail olması kimi də qəbul etmək olar”.

Ş.Ramaldanov hesab edir ki, burda digər bir ciddi məsələ də həll olunmalıdır. Onun fikrincə, bu, qanunsuz silahlılarının Azərbaycan ərazisindən çıxarılması, tərksilah edilməsi ilə bağlıdır.

 

“Ona görə də burda  hansısa güc tətbiqinin olacağını düşünmürəm. Bizim aksiya iştirakçılarımız da ərazidə tək deyillər. Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarının təhlüksəziliyini təmin etmək üçün prosesə nəzarət edirlər.  Bizim aksiya iştirakçıları silahlı deyil, terrorçu niyyətləri yoxdur. Bu dinc aksiyanın tələbi odur ki, Rusiya sülhməramlı komtingentinin rəhbəri general Volkov  sahəyə gəlsin və aksiyaçıların tələblərini birbaşa eşitsin. Bu da sadə bir tələbdir. Lakin Volkov bu tələbə də müsbət cavab verməyib. Rusiya sülhməramlı qüvvələrinin rəhbərliyinin aksiyaçılara cavab verməməsi Azərbaycana olan hörmətsizlikdir. Belə olan halda həmin şəxs rəhbərlik edə bilməz”.

 

Ş.Ramaldanov bildirib ki, belə şəraitdə Rusiya sülhməramlılarının aksiyaçılara qarşı hər hansı güc tətbiq etməsinə heç bir əsas yoxdur.

 

“Lakin bütün hallarda Azərbaycan ordusu ordadır və aksiyaçıların təhlükəsizliyi təmin olunacaqdır. Orada Azərbaycanın maraqlarına uyğun olmayan təhlükə olacaqsa, Azərbaycan ordusunu öz qarşısında görəcək. Düşünürəm ki, Rusiya Ukraynadan sonra Cənubi Qafqazada özü üçün hansısa qaynar  nöqtə yaratmaqda maraqlı olmaz. Gözləntilərim ondan ibarətdir ki, aksiyaçıların tələbləri yerinə yetirilməlidir. Azərbaycanın müfaviq qurumları Azərbaycan ordusu sülhməramlıların yerləşdiyi ərazilərdə özünün nəzarətini müəyyən mənada gücləndirməlidir”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR