Dünya çempionatında hicabını çıxartdı

15:43 29-12-2022 | icon 664 | İdman
Dünya çempionatında hicabını çıxartdı

İran buna görə şahmatçıdan imtina etdi

 

“Almatıda keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatında başıaçıq çıxış edən şahmatçı Sara Xadem İslam Respublikasını təmsil etmir”.

 

Bu barədə İran Şahmat Federasiyasının rəhbəri Həsən Təmini bəyan edib.

 

Onun sözlərinə görə, Xadem Qazaxıstanda keçirilən çempionata İran federasiyasının xətti ilə deyil, özbaşına və öz hesabına gedib.

 

“O, ölkəmizi təmsil etmir. Amma biz bu şahmatçıdan belə hərəkət gözləmirdik, çünki o, əvvəlki turnirlərdə bütün standartlara müvafiq şəkildə iştirak edib”, - deyə Həsən Təmini bildirib.

 

“Reuters” öz mənbələrinə istinadla yazıb ki, şahmatçı hicabsız çıxışını davam etdirir. /İnform Buro/

 

 

“Sky News”un məlumatına görə, Almatıda keçirilən çempionatda Sara Xademdən başqa, digər iranlı şahmatçı Atusa Purkaşian da hicabsız çıxış edib.

 

Xadem və Purkaşian hərəkətlərinin səbəbini şərh etməyiblər. Çox güman ki, şahmatçılar İranda baş verən etirazlarla həmrəy olaraq hicablarını çıxarıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq