Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

12:58 05-01-2023 | icon 544 | Təhsil
Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi fevralın 12-də qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

 

Bu barədə Versus.Az-a mərkəzdən məlumat verilib.

 

Bildirilib ki, sınaq imtahanında iştirakçılara 2023-cü ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:

 

I qrup II qrup III qrup IV qrup
RK altqrupu Rİ altqrupu Riyaziyyat DT altqrupu TCaltqrupu Biologiya
Riyaziyyat Azərbaycan (rus) dili
Fizika Coğrafiya Tarix Kimya
Kimya İnformatika Tarix Ədəbiyyat Coğrafiya Fizika

 

I ixtisas qrupu üzrə imtahan vermək istəyənlər RK və ya Rİ, III ixtisas qrupu üzrə imtahan vermək istəyənlər DT və ya TC altqrupu üzrə imtahan vermək istədiklərini qeyd edirlər. Hər iki altqrup üzrə imtahanda iştirak etmək istədiklərini qeyd edənlər isə fevralın 12-də imtahan (I qrup – riyaziyyat, fizika, kimya, III qrup – Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə) verdikdən sonra fevralın 19-da altqruplara müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.

 

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2023-cü il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

 

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyən etmə formalı tapşırıqlardır.

 

İmtahanın müddəti 3 saatdır (informatika və coğrafiya fənni üzrə əlavə imtahanın müddəti 1 saat). Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları cavab vərəqində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə cavab kartında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

 

Sınaq imtahanına qeydiyyat 29 yanvar saat 23:59-dək aparılacaq.

 

İmtahanlar fevralın 12-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. Fevralın 19-da keçiriləcək informatika və coğrafiya fənni üzrə əlavə imtahan isə Bakı şəhərində keçiriləcək.

 

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

 

Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

 

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

 

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...