Müəllimlərdən pul tələb edən direktorun yerinə TƏYİNAT

14:22 06-01-2023 | icon 574 | Təhsil
Müəllimlərdən pul tələb edən direktorun yerinə TƏYİNAT

Sumqayıt şəhər 32 saylı tam orta məktəbə yeni direktor təyin edilib. 

 

Versus.Az xəbər verir ki, bu vəzifəyə Fəzilə Mahmudova təyinat alıb. 

 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən saytımıza məlumat təsdiqlənib.

 

Bildirilib ki, yeni rəhbər şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu müsahibəsində uğur qazanıb:

 

 

“Mahmudova Fəzilə Ələsgər qızı direktorların işə qəbulu imtahanında uğur qazanaraq, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə təyin edilib”.

 

Qeyd edək ki, 2022-ci il sentyabrın 14-də məktəbin keçmiş direktoru Esmira İbrahimova “WhatsApp” qrupuna səs ataraq, təhsil ocağını təmir etmək üçün hər müəllimdən 50 manat tələb edib.

 

 

Səs yazısından sonra E.İbrahimova vəzifəsindən uzaqlaşdırılmışdı.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...