“Mənim Qarabağım və ya Qarabağ düyünü” - TƏQDİMAT

15:20 10-01-2023 | icon 479 | Cəmiyyət
“Mənim Qarabağım və ya Qarabağ düyünü” - TƏQDİMAT

Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının 75 illik yubileyi və “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabının təqdimat mərasimi olub. Tədbirdə ölkədə fəaliyyət göstərən ali təhsil olacaqlarından rektor və müəllim heyəti, tələbələr, media mənsubları iştirak ediblər.

 

“Hamlet İsaxanlı ali məktəb qurucusu kimi Azərbaycanda mütəxəssis yetişdirmə və təhsil sahəsində mühüm xidmətləri olan şəxsiyyətlərdəndir. Elə insanlar var ki, onların varlıq səbəbi yalnız bəşəriyyətə xidmət etmək, yəni insan yetişdirməkdir”. Bu fikirləri Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin direktoru Səlçuk Karakılıç səsləndirib. Onun sözlərinə görə qəlbində dərin insan sevgisi olan bu cür yaradıcı insanlar sırf “qurmaq və etmək” üçün dünyaya gəlirlər. “Onların daxili aləmində dağıntı və pozuntu, ədəbiyyatlarında mənfi düşüncə və ya neqativlik yoxdur, əksinə, belə ziyalılar müsbət düşünməklə və çətin rejimdə belə günəşin yenidən doğulacağına inanmaqla insanlarda böyük inam yaradırlar”.

 

Hamlet İsaxanlı tədbirin təşkilatçısı olan Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə təşəkkürünü bildirib. O, ərsəyə gətirdiyi “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabından da danışıb. H.İsaxanlının sözlərinə görə müəllifi olduğu yeni nəşrdə Azərbaycan və erməni xalqları, Azərbaycan və Ermənistan arasında münasibətlərin tarixi, xüsusilə son dövrlərdə baş verənlər yer alıb. Kitabda yazar öz müşahidələrinə əsaslanıb. O, Azərbaycan və erməni xalqlarının həyatı və qayğıları barədə hər iki dövlətin ədəbiyyat və mətbuatında yazılanlardan qənaətlənərək, indiki vəziyyətdə “nə etməli, gələcəyimiz necə ola bilər” suallarına cavab tapmağa çalışıb. “Çıxılmaz vəziyyət, açılmaz düyün necə əmələ gəldi? Düyünü necə açmaq olar? Bu və buna bənzər suallar, həmçinin 2020-ci ilin payızında baş verən İkinci Qarabağ savaşı ətrafında düşüncələr məni bu yazı üzərində işləməyə çağırdı”-deyə, Hamlet İsaxanlı bildirib.

 

Tədbirdə çıxış edənlər H.İsaxanlının yaratdığı ali məktəbin peşəkar mütəxəssis yetişdirməsindən, onun yazdığı əsərlərdən söz açıblar. Yubilyarın fərqli və dəyərli, yüksək intellekt və dünyagörüşünə sahib olduğunu vurğulayıbar. Hamlet İsaxanlını orijinal və qeyri-adi bir ziyalı kimi, qəlbi mərhəmət və elm müdrikliyi ilə dolu olan, “Azərbaycanın əfsanəvi portreti” adlandırıblar.

 

Sonda müəllif “Mənim Qarabağım və ya Qarabağ düyünü” adlı kitabını tədbir iştirakçılarına imzalayaraq təqdim edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq