DYP-dən yol kənarında obyekti olan sahibkarlara MÜRACİƏT

18:12 10-01-2023 | icon 564 | Hadisə
DYP-dən yol kənarında obyekti olan sahibkarlara MÜRACİƏT

Hava şəraitinin kəskin dəyişməsi sürücülərlə yanaşı, piyadalar üçün də çətinliklər yaradıb. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sahibkarlara çağırış edib.

 

Qurum rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, son iki gün ərzində yollarda aidiyyəti qurumların gördükləri işlərə şəxsi dəstək və təşəbbüslərin də olmasını arzuolunan hesab edirlər:

 

“Xüsusilə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, eləcə də digər qurumların əməkdaşları gecə-gündüz demədən DİN-in tabeli qurumlarının işçiləri ilə birlikdə soyuqda xidmət aparıblar. Bu xidmət hələ də davam edir. Heç kimin əməyini danmaz olmaz. Lakin bir məsələyə də diqqət çəkmək istərdim.

 

Başqa vaxt hər hansı sürücü avtomobilini yol kənarındakı obyektlərin qarşısında bir dəqiqəlik də olsa, saxladıqda obyekt sahibləri narazılıqlarını bildirirlər. Qarlı hava şəraitində bir qrup sahibkar istisna olmaqla digərləri elə düşünürlər ki, onların obyektlərinin qarşısındakı qarı, buzu kimsə gəlib təmizləməlidir. Piyadalar da hərəkət iştirakçılarıdır və DYP rəsmisi olaraq onların təhlükəsizliyini təmin etmək də bizim borcumuzdur. Hesab edirik ki, bu, insan kimi də, polis əməkdaşı kimi də ən vacib məqamdır.

 

Bu baxımdan da öncə piyadalardan şəxsi təhlükəsizlik və yol hərəkəti qaydalarına həyat və sağlamlıqları naminə ciddi şəkildə riayət etməyi, həmçinin səki kənarlarında yerləşən obyekt sahiblərindən, müəssisə və təşkilatlardan isə məsuliyyət nümayiş etdirməyi, ən azından, obyektlərinin qarşısını təmiz saxlamağı, anlayışlı rəftar etməyi, ümumi işlərə dəstək olmalarını xahiş edirik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq