Şəhid Orxan Əkbərovun şəxsi əşyaları muzeyə təqdim edildi

12:34 14-01-2023 | icon 478 | Cəmiyyət
Şəhid Orxan Əkbərovun şəxsi əşyaları muzeyə təqdim edildi

Yanvarın 13-də muzeydə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Orxan Nadir oğlu Əkbərovun şəxsi əşyalarının muzeyə təqdim olunması ilə əlaqədar tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

 

Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov açaraq, tədbirin əhəmiyyətini vurğlayıb və şəhid Orxan Əkbərovun qəhrəmanlığı, onun şücaəti, Vətənə xidməti barədə çıxış edib.

 

Tədqiqatçı-alim çıxışında şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində muzeydə görülən fəaliyyətlərdən söz açıb. Həmçinin, Fərhad Cabbarov Orxan Əkbərovun şəxsi əşyalarının muzeyə təqdim edilməsinə təşəbbüs göstərdiklərinə görə şəhidin ailəsinə öz minnətdarlığını bildirib və qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını, gələcək nəsillərə ötürüləcəyini xüsusi vurğulayıb.


Sonra Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun əmisi Yusif Əkbərov, döyüş yoldaşı, Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Azər Baxşəliyev, həyat yoldaşı Nuranə Əkbərova, “Əfsanəvi kəşfiyyatçı Orxan Nadir oğlu Əkbərov” adlı kitabın müəllifləri- “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, baş readaktorun müavini Elçin Məmmədli, Milli Müdafiə Universitetinin professoru Nurulla Əliyev, “Ting” nəşriyyat evinin direktoru, Yazıçılar İttifaqının üzvü, yazıçı Çinarə Köçərli Orxan Əkbərovun həyatı və keçdiyi döyüş yolu haqqında ətraflı çıxış ediblər. İştirakçılar, həmçinin, tədbirin təşkilində əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra şəhid Orxan Əkbərova həsr olunmuş videoçarxlar nümayiş olunub.


Tədbirin bədii hissəsində isə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri- Yusif Məmmədov, Vüsalə Babayevanın ifasında “Xarıbülbül kompozisiyası” və Mətləb Ağayevin ifasında “Zəfər yolu” mahnısı səsləndirilib.


Tədbirin sonunda şəhid Orxan Əkbərovun ailə üzvləri onun şəxsi əşyalarını Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verdilər və muzey rəhbərliyinə öz minnətdarlığını bildirdilər. Eyni zamanda, Asif Mərzili və Elçin Məmmədli müəllifi olduqları “Əfsanəvi kəşfiyyatçı Orxan Nadir oğlu Əkbərov” adlı kitabı muzeyə hədiyyə etdilər.


Sonda xatirə fotosu çəkildi və qonaqlar muzeydə nümayiş olunan “Xarıbülbülün vətəni - Şuşa” sərgisini ziyarət etdilər.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR