Muzeyin nadir incilərindən

11:41 26-01-2023 | icon 425 | Cəmiyyət
Muzeyin nadir incilərindən

Yaşı ən azı 25 mln. il olan daşlaşmış ağac qalığı tezliklə yeni ekspozisiyada

 

 

Dünyanın qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan ərazisi müxtəlif dövrlərə aid arxeoloji abidələrlə zəngindir. Minilliklər boyu bu ərazidə yaşamış əcdadlarımızdan irs qalmış həmin abidələr vətən tariximizin əlçatmaz qaranlıq səhifələrinə işıq salmaq baxımından olduqca əhəmiyyətlidir. Tarixəqədərki dövrün daha dərin izlərini isə ölkəmizin ərazisində aşkar olunan paleontoloji nümunələr özündə saxlamışdır.

 

Versus.Az xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyində qorunan ən qədim eksponat olan daşlaşmış ağac qalığı məhz həmin nümunələrdəndir.

 

Yer kürəsində təqribən 33,9-23 mln. il əvvəl mövcud olmuş olihosen geoloji mərhələsinə aid edilən bu ağac qalığı Azərbaycanın Şamaxı rayonu ərazisində Maykop çöküntüləri təbəqəsindən AMEA Coğrafiya İnstitutu əməkdaşları tərəfindən aşkar edilmiş, 2000-ci ildə həmin İnstitutun sabiq direktoru akademik Budaq Budaqov tərəfindən muzeyə hədiyyə olunmuşdur. Tədqiqatçıların hesablamalarına görə yaşı ən azı 25 mln. il olan bu daşlaşmış ağac qalığı planetdə iqlimin soyuqlaşmağa, tropik meşələrin geniş düzlərlə əvəz olunmağa başladığı, yeni yırtıcı heyvanların, insanabənzər meymunların, eləcə də müasir fil və atların əcdadlarının yarandığı dövrə aiddir.

 

Uzunluğu 52,5, eni isə 12 sm olan bu dəyərli ağac qalığı tamaşaçıların böyük marağına səbəb olmuşdur.

 

Sözügedən nadir eksponat tezliklə muzeyin yeni hazırlanan daimi ekspozisiyasında yenidən nümayiş olunacaq.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq