“Komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təqdim edilib”

18:11 26-01-2023 | icon 275 | Siyasət
“Komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planı təqdim edilib”

 

 

 

Yanvarın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

 

 

Versus.az xəbər verir ki, bu barədə MM ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 

Verilən məlumata görə, Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev 2022-ci ilin Azərbaycan üçün mütərəqqi hadisələrdə yadda qaldığını qeyd edib. O, bildirib ki, ötən ildə dövlətin əsas prioritet istiqamətlərindən olan

Böyük Qayıdış konsepsiyasının icra edilməsi və  əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülüb.      

 

Adil Əliyev iclasın gündəliyinə 4 məsələnin - 2022-ci ilin payız sessiyasında komitədə görülmüş işlərin hesabatının, komitənin 2023-cü il yaz sessiyasında iş planının və paket şəklində daxil olan qanun layihələri içərisində “Gənclər siyasəti haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin daxil edildiyini bildirib.

 

“Komitə ötən sessiya ərzində öz fəaliyyətini Milli Məclisin qanunvericilik işləri planına uyğun şəkildə həyata keçirib. Hesabat dövründə komitənin 4 iclası keçirilib, 5 məsələ müzakirə edilib. Komitədə 1400-dən çox vətəndaş tərəfindən ünvanlanmış müraciətlərə baxılıb, bunların əksəriyyəti öz müsbət həllini tapıb. Şifahi və sosial şəbəkələr vasitəsilə isə 2430 vətəndaş müraciət edib. Bildirilib ki, hesabat dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşlər keçirilib, onları maraqlandıran məsələlərin həllinə köməklik göstərilib. Həmçinin aztəminatlı ailələrə yardımlar, vətəndaşları narahat edən məsələlər diqqətdə saxlanılıb”. 

Vitse-spiker komitənin 2023-cü ilin yaz sessiyası üçün iş planını təqdim edib.

“İşlər planında 18 məsələ yer alıb və sessiya müddətində “Heydər Əliyev İli” çərçivəsində idman mütəxəssisləri, məşqçilər və idmançılarla görüş, ictimai dinləmə, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif mövzularda müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Bundan başqa, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələri ilə görüş, həmçinin vətəndaşların qəbulu, ərizə və şikayətlərlə işin təşkili və digər məsələlər nəzərdə tutulur”. 

Komitə sədri iclasda bir çox qanun layihələrini müzakirəyə təqdim edib. Adil Əliyev bu qanun layihələrinin “Media haqqında” Qanunun icrası ilə əlaqədar hazırlandığını və uyğunlaşdırma xarakteri aşıdığını bildirib. Qanun layihələrinin mətnində “kütləvi informasiya vasitələri”, “kütləvi informasiya vasitəsi” kimi ifadələrin “media subyektləri”, “media” sözləri ilə əvəzlənməsi təklif olunur.

 

Ləman

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq