Aysel bu il başqa bir Aisel olacaq

10:36 03-02-2023 | icon 366 | Şou-biznes
Aysel bu il başqa bir Aisel olacaq

Bəstəkar-müğənni Aisel yeni mahnısını dinləyicilərin ixtiyarına verib.


Versus.Az xəbər verir ki, “Yağış” adlanan mahnının sözləri və musiqisi ifaçının özünə, aranjimanı isə Emin Kərimə aiddir.


İfaçı ənənəsinə sadiq qalaraq, bu layihədə də mahnıda milli musiqi alətindən istifadə edib. Pop musiqisi ilə milli simli alətimiz olan tarın vəhdətini özündə birləşdirən sinql 10 mahnıdan ibarət olan yeni albomun ilk carçısı kimi təqdim edilib.


İfaçını tarda Əməkdar artist Şəhriyar İmanov müşayiət edib. Klipin rejissoru Vankuver Beynəlxalq Film Festivalında “İlin ən yaxşı qısametrajlı filmi” kateqoriyasında qalib gələn Meran İsmailsoydur. Meran klipə bir film olaraq yanaşmış və Aiselin oyunculuq məharətini ekranlaşdırmağa çalışmışdır. Klipdə Aiselin tərəf müqabili xoreoqraf və aktyor İsmayıl Məmmədzadədir.


Müğənni mahnı haqqında bu fikirləri söyləyib:

“Bu il dinləyicilər həm ifa olaraq, həm də görüntü olaraq başqa bir Aisel görəcəklər. Keçən il “SS production”la “Şuşa” musiqili-qrafik layihəsini təqdim etdikdən sonra qərara gəldik ki, işbirliyimizi albomla davam etdirək. Albomdan ilk sinqlı sizə təqdim edirəm. Sevgini, ayrılığı, həsrəti özündə birləşdirən mahnıya çəkilən klip 2 gün ərzində lentə alınıb. Klip üzərində 25 nəfərlik çəkiliş qrupu iştirak edib. Ümid edirəm ki, bu mahnı soyuq havada sınıq qəlblərə məlhəm olacaq”.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ədəbiyyatın Əkbər QOŞALI ünvanı

Paris “Korsika problemi”ni nəzərdən qaçırmamalıdır

Bu gün İlaxır çərşənbədir

"“Böyük Qayıdış”ın icrası böyük vəsait tələb edəcək"

Ordu ilə bağlı zarafat etdi

Laçın-Xankəndi yolundakı aksiyanın 93 GÜNÜ

3 otaqlı ev əşyaları ilə birlikdə YANDI

Ordumuz Ermənistana cavab ATƏŞİ AÇDI

Arılar britaniyalı ailənin evini nəhəng pətəyə çevirdi

Şəhid mayor Emin Süleymanov anıldı

Adil Qeybulladan İSTEFA - Qubad İbadoğluna sərt İTTİHAM

Ramazan ayının TƏQVİMİ

FIFA yeni formatı təsdiqlədi

Casusluq edən xarici ölkə vətəndaşı həbs edilib

Naxçıvanda YANĞIN