154 çörək sexində yoxlama keçiriləcək

13:54 10-02-2023 | icon 317 | Sosial
154 çörək sexində yoxlama keçiriləcək

2022-ci il ərzində beşi planlı, ikisi plandankənar olmaqla yeddi un və 13-ü planlı, 15-i plandankənar olmaqla 28 çörək istehsalı müəssisəsində yoxlama aparılıb.

 

Bunu Qida Təhlükəsizliyi Agentliyində (AQTA) taxılçılıq, un və çörək istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşdə agentliyin aparat rəhbəri Elxan Mikayılov deyib.

 

O bildirib ki, aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar iki çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb:

 

“Həmçinin altı un və 15 çörək istehsalı müəssisəsinin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. 2023-cü il ərzində isə 17 un dəyirmanında və 154 çörək istehsalı müəssisəsində planlı yoxlamanın keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, cari dövr ərzində 102-si yerli və beşi idxal məhsulundan istehsal olunan 107 çörək məmulatından nümunə götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, 33 məhsul normativ sənədlərin tələblərinə cavab verib. 74 nümunənin müayinələri isə davam etdirilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Həmin o “əsas müxalifət” hələ də düşmən dəyirmanına sü tökür”

Prezidentdən mühüm MESAJLAR

Əli İnsanovun məhkumluğu GÖTÜRÜLDÜ

Daha 4 kənd Ordumuzun nəzarətinə keçir?

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası YARADILIB

Pensiya alanlara MÜHÜM XƏBƏR

İllərlə seks köləsi kimi qaldı

Yüksək vəzifəyə YENİ TƏYİNAT

Uşaqlara görə nə qədər sosial müavinət verilir?

Süd vəzi xərçəngi ilə kəpək arasında ƏLAQƏ

Cüdoçularımız 25 il sonra ilkə imza atdılar

BDU-da ciddi NÖQSANLAR

Ali məktəbə qəbul olanların NƏZƏRİNƏ

Şuşada 32 ildən sonra İLK TOY

Röya “Yakışıklım” dedi