Yuxu iflici nədir?

15:29 10-02-2023 | icon 866 | Sağlamlıq
Yuxu iflici nədir?

Üzərimdə kimsə var, məni boğurlar, hərəkət edə bilmirəm

 

Yuxu iflici dünya əhalisinin 10% də görülən yuxu zamanı baş verən qəribə, mistik görünən, əslində elmi izahı olan bir haldır.

 
 
Pandemiyadan sonra artan bu halda xüsusən gənclər və qadınlar gecəyarı yuxudan qəfil oyanıb, sanki yarıyuxulu olduqlarını, bu zaman çarpayıda kiminsə olduğunu, sinələri üstündə qəribə ağırlıq çökdüyünü, nəyinsə onu boğduğunu və hərəkət, qışqırmaq istədikdə əl-ayaqlarının iflic olduğunu deyir.
 
 
Yuxu iflici əslində beynin oyanma və yuxuya dalma zaman aralığında baş verir.
 
 
İnsan sanki yuxu ilə oyanma arasındakı həmin 1-2 dəqiqəlik sərhədi hiss edir.
 
 
- Baxmayaraq ki, bədəni hələ yuxudadır, yəni iflic haldadır, huşu qayıdır, beyin reallığa qayıdır, göz açılır, amma beyin hələ tam oyanmadığı üçün danışmaq, hərəkət etmək olmur
 
- Otaqda kölgə, nəsə yad kimsə olduğu hiss edilir
- Bədən sinə hissədən sanki ağırlaşır, sanki daş var
- Güclü qorxu keçirir
 
 
Statistikaya görə, depressiya, panik atak, yuxu pozulması olan insanların 70%-i yuxu iflici keçirir.
 
 
Yuxu iflici keçirənlər hallüsinasiyalar gördüklərini və nə hiss etdiklərini açıqlayıb.
 
 
- Çağırılmamış qonaq, otaqda addımlar, çarpayıda kimsə oturub, kölgə, nəfəs, təhlükə
- Cin, iblis, ruh effekti
- Seksual hiss, hərəkət, boğma, ölüm qorxusu
- Qəribə bədən hissiyatları, bədəndən çıxma, uçma, otaqda hərlənmə və s.
 
 
Niyə bunlar yaşanır?
 
 
Bədən yuxuda olarkən iflic vəziyyətdə olmaq normaldır təbii haldır. Yuxugörmə, dərin yuxu fazasında beyin tədricən əzələləri iflic edir ki, insan yuxuda hərəkət edərək özünə xətər toxundurmasın.
 
 
Bəzən bu fazaya keçəndə beynin işində qapanma olur, yuxugörmə reallıqla qarışır, insanın yarı beyni burda, yarısı yuxuda, bədəni isə yuxu halında olur. Ona görə insan bu halından qorxur.
 
 
Hipnaqoqik iflic həm yuxuya gedəndə, həm yuxudan ayılan anında baş verə bilər.
 
 
Səbəbləri müxtəlifdir:

- Növbəli iş, gecə yatmayıb, gündüz yatmaq səbəbindən tuxu tsikllərinin pozulması
- Kürəyi üstə düz uzanmaq
- Müəyyən dərmanların qəbulu
 
- İçki, tütün, kofe təsiri
- İrsi səbəblər
 
- İnsanın təşvişli, nevroz, panik ataklı olması
- Stress faktoru
 
 
Əgər bu səbəblər yoxdursa, sağlam adamda yuxu iflici pozuntu və xəstəlik kimi qəbul edilmir, həyati təhlükəsi yoxdur.
 
Yuxuda apnoe – burunda problem səbəbindən tənəffüsü ani dayanıb sonra bərpa olanlarda da baş verir.
 
 
Əgər belə hal tez-tez baş verirsə o zaman nevroloqa müraciət etmək lazımdır.
 
 
İlk növbədə təşviş, stress azaldılmalı, yuxu gigiyenasına əməl etməli, hər gün eyni vaxtda yuxuya getmək, yataq otağının rahat, qaranlıq, sərin olmasına fikir vermək lazımdır. Mümkün qədər sağ, sol böyrü üstə uzanın. Yuxudam əvvəl içki, kofe, siqaret və telefona baxmağı tərgidin. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...