Azərbaycan öz ərazisində Vardanyan kimilərinin istədiyini etməsinə imkan verməyəcək. Rusiya da bunun fərqindədir.

 

Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə Qarabağa qeyri-qanuni gəlib Azərbaycan ərazisində qarşıdurmanı gərginləşdirməyə çalışan rusiyalı oliqarx Ruben Vardanyanın Rusiyaya qaçma səbəbləri və yenidən hansı “ baqajla” geriyə dönmə ehtimalı ilə bağlı açıqlamasında bildirib.

 

M.Əsədullazadə bildirib ki, Rusiya ötən ilin sentyabr ayında Vardanyanı Qarabağa göndərməklə separatizmi inkişaf etdirmək,  Azərbaycanla erməni icması arasında təmasları qırmaq və böhranı körükləmək istəyirdi. O, bəyan edib ki, Vardanyanın fəaliyyəti birbaşa Azərbaycana qarşı düşmənçilik məqsədi daşıyırdı və əlbəttə ki, Azərbaycan buna cavabsız qala bilməzdi.

 

“ Azərbaycan ekoaktivistlərinin Laçın-Xankəndi yolunda dinc aksiyanı davam etdirməsi Rusayanın Vardanyan kartını fiaskoya uğratdı.  Belə ki, Vardanyanın Xankəndində qalması separatçılar arasında da böhrana gətirib çıxartdı və ermənilərin Qarabağda vəziyyətini ağırlaşdırdı. Bu xüsusda Vardanyanın Qarabağda qalıb vəziyyəti idarə etməsi, "Azərbaycanla mübarizə aparması" öz əleyhinə çevrildi. Ona görə də Vardanyan Moskvaya çağrıldı”.

 

Ekspert Vardanyanın bundan sonra Qarabağa göndərilib-göndərilməyəcəyi barədə dəqiq fikir bildirməkdə çətinlik çəkdiyini dedi. Eyni zamanda ekspert o məntiqin üzərində dayandı ki, əgər bu aylar ərzində Vardanyanın xüsusi təlimatlarla göndərilməsi bir nəticə vermədisə, bundan sonra da heç nəyə nail olmayacaq.

“Azərbaycan öz ərazisində Vardanyan kimilərin istədiyini etməsinə imkan verməyəcək. Azərbaycan Vardanyanın növbəti dəfə Qarabağa gəlib fəaliyyət göstərməsinə sərt reaksiya verə bilər. Vardanyan özünü doğrultmadı, Rusiyanın bu planı fiaskoya uğradı”.(hafta.az)

 

Ləman

Versus.az