Versus.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli  İranın Ermənistandakı səfirinin  “Zəngəzur yolunun açılmasına imkan verməyəcəyik, ...təşəbbüsü əlimizə almalıyıq” fikirləri ilə bağlı açıqlamasında bildirib.  

 

M.Məmmədli bildirib ki, İranın Ermənistandakı səfiri əslində yeni açıqlama verməyib. Onun sözlərinə görə, məlumdur ki, İran bölgədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına  bacardığı qədər maneə olmağa çalışır.

 

“Regionda kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqaza yalnız sülh gətirə bilər.  Amma görünür ki, İran Cənubi Qafqazda sülhün təhlükəsizliyin əldə olunmasında maraqlı deyil və bütün vasitələrlə çalışır ki, prosesin qarşısını alsın.  Ermənistan da İranın bu niyyətinə şərik çıxır və birlikdə hərəkət edirlər”.

Ekspert bildirib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü öhtəlikdir və Ermənistan gec-tez dəhlizin açılması ilə bağlı öhtəliyini yerinə yetirəcəkdir. 

M.Məmmədli belə bir fonda son vaxtlar İran və Ermənistanın Azərbaycana qarşı hansısa addımlar atmağa başladığının müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, hər iki ölkənin siyasi hakimiyyətinin mahiyyəti bizi düşünməyə vadar edir.

“Nəzəri olaraq bu ölkələrin belə bir addım atmaq istədiyini qəbul etmək olar. Amma praktik olaraq bu mümkün deyil. İranda və Ermənistanda hələ ki, ağlını itirməyən insanlar var və anlayarlar ki,  bölgədə böyük gərginliyə səbəb ola bilər”.

Ekspert bildirib ki, ölkəmizə qarşı hər hansı belə təxribatçı addımlar olarsa Azərbaycan adekvat addımlar atmaq iqtidarındadır. 

“Eyni zamanda düşünməsinlər ki, Türkiyədə zəlzələ olub və başı özünə qarışıb, zəifdir. Azərbaycan və Türkiyə ordusu da yerindədir və birlikdə hər hansı təxribata cavab vermək gücündədir”.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az