“Prezident həmin vaxtı gözləyir” 

12:30 11-02-2023 | icon 334 | Geopolitika
“Prezident həmin vaxtı gözləyir” 

 

 

Regionda vəziyyət gərgin olaraq qalır. Ermənistanın Qarabağdakı qeyri-qanuni silahlı birləşmələri indi də rusiyalı erməni alleqarx Vardanyanın “pul kisəsinin” ağzına baxır, sülh danışıqlarından yayınmaq üçün müxtəlif bəhanələr uydururlar.

 

“Vardanyan kartı” nə zaman aradan götürüləcək və bu istiqamətdə hansı addımlar atılmalıdır?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə hafta.az-a açıqlama verən keçmiş baş prokuror  Əli Ömərov bildirib ki, Vardanyanın Qarabağa gəlməsində Rusiyanın barmağı var.  O, qeyd edib ki, Rusiya öz “adamını” Qarabağa göndərməklə Azərbaycana təsir etmək istəyir və bu fakt da heç kəsə sirr deyil.

 

Ə.Ömərov illərdir beynəlxalq hüquq münasibətlərinin bəzi ölkələrə ikilistandartlarla yanaşdığını qeyd edərək, məsələyə Ukrayna-Rusiya müharibəsinə sərgilənən münasibət kontekstində toxunub.

 

“Ukrayna ilə  savaşda bütün dünya Ukraynaya kömək elədi. Azərbaycanın savaşında isə heç km bizə kömək etmədi. Burda daha çox bir xiristian-müsəlman  təəssübkeşliyi də rol alır. Xristian ölkələrinin heç biri Azərbaycana dəstək olmaq istəmirlər. Ona görə də ölkə prezidenti bütün bunları yaxşı bilir və özünün dediyi kimi -nəyi, nə vaxt, necə edəcəyimi bilir. Prezident həmin vaxtı gözləyir”. 

Ə.Ömərov Qarabağ savaşı və nəticələri kontekstində Qərbi Azərbaycana qayıdışla bağlı aparılan müzakirələrə də birmənalı yanaşmayıb. O, indiki şəraitdə Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasını hələ ki, real hesab etməyib.

 

“Mən də Qərbi Azərbaycandanam və istəyərdim ki, biz öz torpaqlarımıza qayıdaq. Amma hələ ki, Qarabağda gərginlik yaradan erməni problemi qalır. Nə qədər  ki, biz rayonlarımızı ermənilərdən tam azad eləməmişik, Ermənistan sərhədləri daxilində olan Ağbabaya, Basarkeçər mahalına gedib rahat yaşaya bilmərik. Sülhə gəlməyən ermənilər, buna  yol verməzlər. Qayıdışımız o halda mümkün ola bilər ki, azərbaycanlıların haqlarının bərpası üçün güclü təminatı olsun. Azərbaycanlıların hüquqlarını qorumaq üçün orda Türkiyə Ordusu  təşkil olunsun.  Belə olarsa, qayıtmaq mümkündür.  Azərbaycanlıların həyati təhükəsizliyi təmin olunmasa heç kim ora qayıda bilməz. O torpaqlarda hüquqlarımızı bərpa etmək üçün  güclü qüvvə yaratmaq lazımdır. Nə vaxt o qüvvə yaransa, o vaxt da qayıtmağımız mümkün olacaq”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM