"Rusiya Ermənistana təzyiq eləməlidir ki, Zəngəzur yolu açılsın"

12:35 11-02-2023 | icon 323 | Qarabağ
"Rusiya Ermənistana təzyiq eləməlidir ki, Zəngəzur yolu açılsın"

 

Asif Əsgərli: “Azərbaycan, Prezident dediyi kimi bölgənin sülh xəritəsini özü müəyyənlləşdirəcək”

 

“Laçın – Xankəndi yolunda keçirilən dinc aksiya 57-cü gündür davam edir. Azərbaycan ekoaktivistlərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı tələbləri tam şəkildə, üçtərəfli bəyanata uyğun olaraq yerinə yetirilməsə aksiya dayanmayacaq”.

 

Bunu Versus.az-a YAP idarə heyətinin üzvü, politoloq Asif Əsgərli regionda cərəyan edən proseslər fonunda bu gün Ermənistanın və Qarabağda qalan erməni tör-töküntülərinin sülhə gətirilməsi istiqamətində beynəlxalq missiyanın, eləcə də Rusiyanın və ölkəmiz tərəfindən atıla biləcək son, zəruri addımlara  diqqət çəkərkən bildirib.

 

A.Əsgərli bir daha ekoaktivistlərin tələbləri sırasında yer alan əsas məqamlara diqqət çəkib. O, etiraz aksiyasında Azərbaycanın təbii sərvətlərinin talanması, monitorinqə şəraitin yaradılması, Azərbaycan tərəfinin həmin ərazilərdə tam şəkildə qanuni fəaliyyətinin bərpa edilməsi, eyni zamanda  Laçın-Xankəndi yolundan  Azərbaycan ərazisinə, Qarabağa qanunsuz silahların, silahlı şəxslərin, minaların daşınmasının qarşısının alınması ilə bağlı tələblərin olduğunu bir daha xatırlatmaqla Azərbaycan tərəfinin qəti tələblər qoyduğunu qeyd edib.

A.Əsgərli bir daha bəyan edib ki, Laçın yolunda gömrük postu qoyulmalı, Azərbaycanın sərhəd nəzarəti təmin olunmalı və bu ərazidən qanunsuz hərbi birləşmələr çıxarılmalıdır.  Politoloq Rusiyanın da  bu öhtəlikləri tam şəkildə yerinə yetirməli olduğunu bəyan edib.

“Artıq Rusiya xarici işlər nazirliyi açıqlamasında bildirdi ki, Azərbaycan ona görə ərazilərini azad elədi ki, Ermənistan həmin əraziləri işğal etmişdi. Ermənistanın işğalçı faktor olduğunu Rusiya da açıq qəbul edir. Amma sual doğur: əgər Rusiya xarici işlər nazirliyinin başçısı, hətta Rusiya prezidenti bunu etiraf edirsə, niyə işğalçının bugünkü hərəkətlərinə göz yumulur, nəyə görə Ermənistan tam şəkildə sülh anlaşmasının imzalanmasına məcbur edilmir. Biz bu tələbi Rusiya tərəfi qarşısında da ciddi şəkildə qoymuşuq”.

A.Əsgərli onu da bildirib ki, sülhməramlılar da öz missiyasına uyğun fəaliyyətini yerinə yetirməlidir.

“Rus sülhməramlı missiyasına Ermənistan tərəfi də öz “narazılığını “bildirir. Ermənilər hesab edirlər ki, sülhməramlılar öz fəaliyyətlərini ermənilərin istədiyi formada Laçın yolundan istifadə edilməsinə şəraitin aradılmasına yönəlməlidir.  Xeyir, belə deyil!  Üçtərəfli bəyanatda tam əksini tapıb ki, Laçın yolu sülh və humanitar məqsədlər üçün istifadə olunmaq üçündür. Təəssüflər olsun ki, Ermənistan bu yoldan  Azərbaycana qaşrı terrorçu, təxribatçı fəaliyyətləri üçün istifadə edir. Təkcə 2 il ərzində nə qədər minadan həlak olan, yaralanan insanlarımız oldu. Biz bu ərazilərdə dəfələrlə törədilən təcavüz, terror, işğalçılıq cəhdlərini müşahidə elədik. Bütün bunlar hamısı Laçın dəhlizi vasitəsi ilə keçirilən silahların, silahlı şəxslərin hesabına baş vermişdi”. 

Politoloq qeyd edib ki, bu gün Laçın dəhlizi ilə paralel olaraq Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdə olmalıdır. Onun sözlərinə görə, Azərbaycan öhtəliyi  yerinə yetirərək 2 ildir Laçın dəhlizinin fəaliyyətini təmin edib, hətta alternativ yol çəkibsə, Ermənistan da sazişə əsasən Azərbaycanın qərb sərhəddinin Naxçıvan muxtar respublikası ilə əlaqəsini təmin edən Zəngəzur yolunun açılmasını təmin etməlidir. Amma əksinə, Ermənistan hər vəchlə buna maneə yaradır.

A.Əsgərli bu prosesdə Rusiyanın da üzərinə öhtəlik düşdüyünü qeyd edib.

 

“Üçtərəfli bəyanatda  açıq şəkildə göstərilib ki, Azərbaycanın qərb hissəsinin Naxçıvanla nəqliyyat-kommunikasiya əlaqəsinin bərpa etmək Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının  üzərinə düşür. Ona görə də Rusiya Ermənistana təzyiq eləməlidir ki, Zəngəzur yolu açılsın. Amma Ermənistan bu məsələləri kənara çəkib bölgəni qarışdırmaqla bağlı təxribatçı fəaliyətlərə imza atır. Lavrov son müsahibəələrinin birində buna da ciddi eyham vurdu.  O dedi ki, Ermənistan bölgəyə Avropa İttifaqının uzunmüddətli missiyasının gətirilməsinə qərar verib. Azərbaycan tərəfi bu məsələyə etirazını bildirsə də, ən ciddi etirazı Rusiya tərəfi bildirib.  Çünki Rusiyanın bölgədə sülhməramlı missiyası, bölgdədə hərbi varlığı var. Lavrov vurğuladı ki,  Ermənistana bölgədə Kollektiv Təşkilatı Müqaviləsi Təşkilatının missiyasının  yerləşdirilməsini təklif ediblər. Amma Ermənistan o şərtdi qoyub ki, Azərbaycanı işğalçılıqda ittiham edən bəyanat qəbul olunarsa razılıq verərlər”. 

A.Əsgərli KTMT ölkələrinin Azərbaycana qarşı belə bir qərar verə biləcəyini düşünmür. Onun sözlərinə görə, bu təşkilat Azərbaycanın haqlı mövqeyini qoyub Ermənistanın haqsız mövqeyini müdafiə  edən hər hansı bəyanat verən deyil.

“Ermənistan Rusiyanı şantaj etmək üçün bu məsələni qaldırıb. Ermənistan  sülhün, sabitliyin təmin olunmasını çox ciddi şəkildə qarışdıran, sülhə maneəçilik törədən addımlardan  çəkinməlidir. Bir tərəfdən Fransa, bir tərəfdən Avropa İttifaqı ilə “oynayır”, bir tərəfdən də Rusiyanın mövqelətini zəiflətmək istiqamətində addımlar atır, Azərbaycanın haqlı tələblərini yerinə yetirmir, sülh prosesindən çəkinir.  Bu da onu göstərir ki, Ermənistan bölgədə sülhün yaranmasına, sülh müqaviləsinin bağlanmasında da maraqlı deyil.  Lakin Ermənistanın yürütdüyü siyasətin cavabını ölkə prezidenti verdi. Prezident 2023-cü ilin Ermənistan üçün son şans ili olduğunu bəyan etdi. Əgər Ermənistan sülh danışıqlarına gəlməsə, Azərbaycanın sülh gündəliyi üzrə təklif etdiyi 5 prinsip üzərində danışıqlar aparmasa, delimitasiya, demorkasiya prosesinə gəlməsə, Azərbaycan, Prezident dediyi kimi bölgənin sülh xəritəsini özü müəyyənlləşdirəcək. Sərhədlərini, delimitasiya, demorkasiyasını, sərhədləlrini özü müəyyənləşdirəcək. Bu məsələ təkcə Ermənistan qarşısında qoyulmayıb, həm də üçtərəfli sazişin əsas məsuliyyətini daşıyan əsas ölkələrdən biri kimi Rusiya Federasiyasının qarşsında qoyub. Rusiya Ermənistanı sülh razılaşmasına məcbur etməlidir, etməyəcəksə, Azərbaycan o missiyanı da özü yerinə yetirməyə məcbur olacaq”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür