“Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” “StartUp School” layihəsinə start verir.
Startaplara təqdim edilən imkanlar:
- ABŞ, Türkiyə, İsrail və Azərbaycandan olan mentorlar tərəfindən təlim;
- Kursu bitirən bütün startaplara beynəlxalq səviyyəli sertifikat;
- I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı;
- II və III yerlərin qaliblərinə KOBİA və Dövlət Məşğulluq Agentliyi tərəfindən hədiyyə;
- II və III yerlərin qaliblərinə “Sabah.lab”-ın akselerasiya proqramında iştirak imkanı;
- 9 layihəyə KOBİA-nın “Startap Şəhadətnaməsi”nin verilməsi;
- 9 layihəyə “Sabah.lab”-ın mentorluq proqramında iştirak imkanı;
- “Fintech” nominasiyasında seçilən komandaya “PASHA Bank” da təcrübə keçmək imkanı.
“StartUp School”-a 17.02.2023-cü il tarixindən yaş məhdudiyyəti olmadan ideyası və startapı olan hər kəs müraciət edə bilər.
Qeydiyyat üçün www.startupschool.az, https://enterpriseazerbaijan.gov.az/-a daxil olun.
Layihələrinizi bizimlə biznesə çevirin!