Qarında ağrı nəyin əlamətidir?

14:40 17-02-2023 | icon 564 | Sağlamlıq
Qarında ağrı nəyin əlamətidir?

Nərminə Abbasova: “Sağlam insanlar da qarın nahiyyəsində ağrı hiss edə bilər, amma...”

 

Ağrı – bizim orqanizmin qoruyucu reaksiyası olub, bədəndə nəyinsə qaydada olmadığını və ona yardım göstərilməsi lazım gəldiyini göstərən əlamətdir. Buna görə də ağrı hissiyyatlarını diqqətsiz qoymaq və “hər şey öz-özünə keçər” deyə düşünmək olmaz. Həkimlər də daim xəbərdarlıq edir ki, əgər bədənin hər hansı bir hissəsində tez-tez ağrı hiss edirsinizsə, mütləq həkimə müraciət edin.

 

 

Versus.Az mövzuyla bağlı MayoMed Klinikasının həkim terapevti Nərminə Abbasova ilə həmsöhbət oldu.

 

Həkim bildirdi ki, ümumiyyətlə bədəndə ağrının olması heç də hər zaman pis əlamət hesab edilməli deyil. Onun sözlərinə görə, qarın nahiyyəsində olan ağrılar, ağrıların ən çox təsadüf etdiyi təzahürlərdən biri olduğu üçün insanlar əksər hallarda ona kifayət qədər diqqət yetirmir:

 

“Bu isə böyük səhv hesab edilir. Çünki vaxtında müracit edilmədiyi təqdirdə insanın nəinki sağlamlığı, hətta həyatı üçün də təhlükəli ola bilər. Qarında ağrılar olarkən həkim məsləhəti olmadan ağrıkəsici dərmanların qəbul edilməsi qəti şəkildə yolverilməzdir”.

 

Nərminə xanım deyir ki, qarın nahiyyəsində olan ağrılar müxtəlif səbəblərdən baş verə bilər. Beləki sağlam insanlar da qarın nahiyyəsində ağrı hiss edə bilərlər:

 

“Bu, normadan artıq yemək yedikdə baş verə bilər. Belə ağrılar adətən 15-20 dəqiqədən sonra keçir. Bu zaman həkimin məsləhəti ilə spazmolitik dərman qəbul etmək və bir qədər uzanmaq lazımdır. Əlbətdə ki, əksər hallarda qarında olan ağrıların səbəbi qarın boşluğu orqanlarının - mədə, 12-barmaq bağırsaq, qara ciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, dalaq, nazik və yöğun bağırsaqlar - xəstəlikləri, həmçinin qida zəhərlənmələri, kəskin bağırsaq infeksiyaları olur. Qida zəhərlənmələri və kəskin bağırsaq infeksiyaların əlamətləri – qarında güclü kəsici ağrılar, hərarətin qalxması, güclü ishal, meteorizm, yəni qarında yeldir. Bu halda mütləq həkimə müraciət edilməlidir. Hepatit xəstəliyi zamanı qarının sağ tərəfində qabırğaların altında ağrılar hiss edilir, sarılıq meydana çıxır, sidiyin rəngi tünd, nəcisin açıq olur. Bu əlamətlər meydana çıxan kimi tez bir zamanda həkimə müraciət etmək lazımdır. Qastrit, qastroduodenit, mədə xorası xəstəliyi zamanı ağrı qarının yuxarı hissəsində hiss olunur və adətən ac qaldıqdan, kəskin və turş qidə qəbul etdikdən və stresdən sonra meydana çıxır. Qastrit zamanı ağrı tez-tez ürək bulanması, qusma, qıcqırma ilə müşayiət oluna bilər. Bu kimi simptomlar meydana çıxarsa, mütləq həkim-qastroenteroloqa müraciət edilmlidir. Sadaladığım xəstəliklərdən başqa şəkərli diabet, tireotoksikoz -yəni qanda qalxanvari vəzi hormonlarının yüksək olması, revmatizm, pnevmoniya, ürək və aortanın xəstəlikləri, sinir sisteminin bəzi xəstəlikləri, bəzi qan xəstəlikləri, onurğa sütunu və böyrək xəstəlikləri və sair hallarda da qarın nahiyyəsində ağrılar ola bilər. Bəzi hallarda, çox təhlükəli xəstəlik hesab edilən miokardın infarktı zamanı da, qarının yuxarı hissəsində ağrı hissi ola bilər. Bu halda qarında olan ağrılar adətən ürək ağrıları ilə də müşayət olunur.

 

Terapevt bildirdi ki, qadın və kişilərdə qarının aşağı hissəsində olan ağrılar sistit xəstəliyinin simptomu ola bilər. Onun sözlərinə görə, ağrılar sidik ifrazatı zamanı daha güclənir:

 

 

“Qadınlarda qarının aşağı hissəsində olan ağrılar uşaqlıq, yumurtalıqlar, uşaqlıq borularının iltihabi xəstəliklərində də ola bilər. Bundan başqa təcili şəkildə cərrahi əməliyyat edilməsi tələb edilən uşaqlıqdankənar hamiləlik zamanı da qarının aşağı hissəsində ağrı ola bilər. Kişilərdə, qarının aşağı hissəsində olan ağrılar isə onlarda prostat vəzinin müxtəlif problemləri və sair səbəblərlə əlaqədar ola bilər. Qarın nahiyyəsində güclü ağrının olması çox təhlükəli hal hesab edilir və bu zaman təcili şəkildə cərrahi əməliyyat edilməsi də tələb oluna bilər. Bu ağrını biz “kəskin qarın” adlandırırıq. Əgər yaxınlarınızdan biri birdən-birə qarın nahiyyəsində “xəncər sancılması kimi ağrı” olmasından şikayət edərsə, həmçinin zəiflik, üşütmə hiss edərsə, ayaqlarını qarnına sıxaraq burulmuş vəziyyətdə uzanarsa, dərhal “təcili yardım” çağırmaq lazımdır. Belə ağrını mədə və 12-barmaq bağırsaq xorasının deşilməsi, appendisit, periton qatının iltihabı – peritonit, bağırsaq keçməməzliyi, yırtığın boğulması vədigər hallar törədə bilər. Bu cür halların hər birində vaxtında yardım göstərilmədiyi təqdirdə insan güclü şəkildə zərər çəkə bilər. “Kəskin qarın” sindromu zamanı, “təcili yardım” gələnə qədər xəstəyə yeməyə və içməyə heç nə verməyin, ona hərəkət etməyə icazə verməyin, onun qarnının üstünə sellofana bükülmüş buz və ya soyuducunun buzxanasından çıxarılan məhsul qoyun. Amma heç bir halda buzu lüt bədənə qoymayın”.

 

Həkim deyir ki, tez və düzgün təyin edilmiş diaqnoz, təşkilati tədbirlərin təxirə salınmaz qaydada icrası, yüksək ixtisaslı cərrahi müalicənin vaxt itirmədən təcili icra edilməsi, bir qayda olaraq xəstənin həyatını xilas edir.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova qarında yaranan ağrılardan əziyyət çəkən hər kəsi müalicə üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

 

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...