ANAMA axtarışlara başladı

11:55 21-02-2023 | icon 679 | Müharibə
ANAMA axtarışlara başladı

Ermənilər Füzulidə kütləvi məzarlıqların ətrafını minalayıblar

 

ANAMA əməkdaşları işğaldan azad olunan Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdığı ərazilərdə minatəmizləmə prosesinə başlayıblar.

 

Versus.Az xəbər verir ki, axtarışları Trend-in Qarabağ bürosunun çəkiliş qrupu lentə alıb.

 

ANAMA əməkdaşı Habil Babayev bildirib ki, düşmən bu əraziləri bilərəkdən kütləvi minalayıb:

 

“Erməni quldurları biliblər ki, insanlar öz yaxınlarının məzarlarını axtaracaqlar. Kütləvi şəkildə ərazini minalayıblar. İndiyə kimi 4 hektar ərazinin 15 faizi təmizlənib. Ərazi həddən artıq minalıdır. Çoxlu sayda mina gözlə görünməkdədir. Bu da ona dəlalət edir ki, gələcəkdə bu ərazidə hələ çoxlu sayda minanın çıxması ehtimalı yüksəkdir. ANAMA təmizləmə qrupları 44 günlük Vətən Müharibəsindən sonra ərazidən 81 min ədəd partlamamış hərbi sursat və mina aşkar ediblər. Bunlardan 14 mini tank əleyhinə minadır".

 

Uzun illərdir yaxınlarının taleyindən xəbərsiz qalanlardan biri də ANAMA-nın əməkdaşı Füzuli rayon Qazaxlar kənd sakini Bəhruz Mahmudovdur.

 

Bəhruzun atası Behbud Mahmudov da Birinci Qarabağ müharibəsi zamanı itkin düşüb və bu günədək ondan bir xəbər yoxdur. Bəhruz Mahmudov bildirib ki, hər minalı əraziyə daxil olanda atasından bir nişanə tapmaq ümidi ilə mina axtarışına başlayır.

 

Qeyd edək ki, Azərbaycanda Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin ümumi sayı - 3 890 nəfərdir ki, bunlardan 3 171 nəfəri hərbçilər, 719 nəfər isə mülkü şəxslərdir. İtkin düşənlər arasında 71-i uşaq, 267-i qadın, 326 nəfəri isə qocalar olub.

 

Videoreportajı təqdim edirik:

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq