“Aİ missiyasının hərbləşdirilmiş formasını Qarabağa yerləşdirməyə cəhd edəcəklər”

13:39 23-02-2023 | icon 412 | Qarabağ
“Aİ missiyasının hərbləşdirilmiş formasını Qarabağa yerləşdirməyə cəhd edəcəklər”

 

 

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvanın Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Eyni zamanda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.

Ermənilərin bu dəfə atəşkəsi pozması regionda nəyə hesablanır, II qısas əməliyyatı baş verə bilərmi?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə  açıqlama verən hərbi ekspert Elxan Şixəliyev bildirib ki, əgər Ermənistan sülh masasına gəlməyəcəksə şərti sərhəddə,  Qarabağ iqtisadi bölgəsinin perimetrlərində təmasda olan Ermənistan qeyri-qanuni birləşmələrinin atəşkəsi pozacaqları gözlənilirdi. Onun fikrincə, Ermənistanın bunu stimulyasiya etməsi Ermənistan baş nazirinin Münhen Təhlükəsizlik Konfransından sonra derektivinin hərbçilərə yansımasındadır. 

“Ermənistan indiki mərhələdə atəşkəsin pozulmasını uzun müddətdən sonra kütləvi şəkildə həyata keçirdi. Avropa İttifaqının 100 nəfərlik mülki missiyası, Almaniya və Fransanın missiyasında olan polis nəfərlərinin sərhəddə gəlişi ermənilərin sülh sazişinin vaxtını uzatmağa cəsarətləndirib. Ermənistan bu atəşkəsi pozmaqla  sülh sazişinin vaxtını uzatmağa zəmin hazırlayır. Bəhanə də o olacaq ki, sülh üçün münbit şərait yetişməyib”.

 

E.Şıxəliyev hesab edir ki, Ermənistan atəşkəsin poculması nəticəsində Azərbaycanı adekvat cavab verməyə təhrik edəcək. Onun fikrincə, Azərbaycanın birinci eşalon bölmələri Ermənistanın atəşlərinə cavab verəndə isə Avropa missiyası bunu sənədləşdirib, atəşkəsi “Azərbaycan pozurmuş kimi” Avropa müttəfiqlərinə servis edəcəklər.

“Çalışacaqlar ki, Avropa institutları Laçın karidorunda keçirilən aksiyalar fonunda Azərbaycana qarşı sanksiyalar tətbiq etsinlər. Eyni zamanda Rusiyanın Federal Sərhəd Xidmətinin 102-ci bazası Ermənistandan çıxarıldıqdan sonra mülki kontingentin sayını, müddətini artıracaqlar”.

 

Ekspert bildirib ki, Avropa İttifaqı mülki misiyasının sonradan hərbləşdirilmiş formasını Qarabağa yerləşdirməyə cəhd edəcəklər.Onun fikrincə, bunu Ermənistan özbaşına planlamır.

“Bunu yeni geosiyasi vəziyyətin yaranmasının nəticələri kimi qiymətləndirməliyik.

Azərbaycan siyasi hərbi beyin mərkəzləri Ermənistanın bu hiyləgər niyyətlərinin fərqindədir”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA