İşıq düşən otaqda yatmağın 3 ZƏRƏRİ

10:14 23-02-2023 | icon 422 | Sağlamlıq
İşıq düşən otaqda yatmağın 3 ZƏRƏRİ

Yataq otağına düşən işıq dedikdə, təkcə otaq və evin içində olan lampalar nəzərdə tutulmur. Bu həm də telefon, televizor, küçədən keçən maşınların işığı və yol fənərləridir.

 
 
İşıq düşən otaqda yatmaq gecə yuxusuna zərər verən amillərdən biridir.
 
 
İnsan beyni gecə işığı məruz qaldıqda, orqanizmin sirkad ritmləri pozulur.
 
 
Beyin insanın yatmaq istəmədiyini, hələ də yatmağa hazır olmadığını düşünüb az melotonin hasil edir.
 
 
Nəticədə insan dərin yuxuya keçə bilmir, səthi yatır, tez-tez oyanır, beynin aktivliyi qalır.
 
 
Amerikalı alimlər süni işığın insan yuxusuna təsirini araşdırıb.
 
İştirakçılar ilk gecə tam qaranlıq otaqda yatıb.
 
İkinci gün çarpayının yanında bir gecə lampası zəif işıqda yandırılıb. Bu sanki kitab oxumağa yetəcək qədər işıq idi.
 
Hər iki halda yuxuda onların beyin dalğaları testi aparılıb.
 
Eləcə də ürək ritmi, qanın vəziyyəti yoxlanılıb.
 
 
Səhər oyanan kimi iştirakçılara yüksək doza şirin qida verilib.
 
 
Bundan sonra onlarda qlükoza sıçramasına hüceyrələrin reaksiyası yoxlanılıb.
 
 
Belə ki, gecə zəif işıqda yatan insanlarda ritmin, nəbzin sürətlənməsi, insulinin səhər müqaviməti və yorğunluq təyin edilib.
 
 
Tam qaranlıq yatanların bədən sistemi isə qlükozaya daha normal reaksiya verib. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq