Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçdi

09:56 24-02-2023 | icon 425 | Dünya
Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçdi

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir.

 

Versus.Az xatırladır ki, ötən il başlayan müharibə 2014-cü ildən davam edən Rusiya-Ukrayna münaqişəsinin aktiv fazasıdır.

 

Bildirək ki, Rusiya Prezidenti 2022-ci ilin 22 fevralında Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan edib.

 

Bundan sonra, 24 fevralda Rusiya Ukraynaya hərbi müdaxilə etməyə başlayıb. Rusiya Prezidenti bunu “xüsusi hərbi əməliyyat” adı altında rəsmiləşdirib.

 

Rusiya Belarus ərazisindən də istifadə etməklə Kiyevə hücuma başlayıb, lakin bir müddətdən sonra hərbi uğursuzluqlara düçar olub.

 

Rusiya Kiyev, Sum, Çerniqovu işğal etsə də, orada möhkəmlənə bilməyib və qoşunlarını bu regionlardan geri çəkib.

 

Rusiyanın bu taktiki məğlubiyyətləri sonrakı etaplarda da davam edib. Lakin Rusiya Ukraynanın dörd vilayətini - Donetsk, Luqansk, Xerson və Zaporejye vilayətlərini özünə birləşdirdiyini elan edib.

Bununla belə ilhaq edilən ərazilərin dəqiq bir xəritəsi yoxdur və həmin ərazilərdə müharibə davam etməkdədir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR