İranın qara günləri başlayır

09:25 02-03-2023 | icon 402 | Dünya
İranın qara günləri başlayır

Qərb molla rejiminə qarşı hərəkətə keçir

 

İranın ətrafındakı həlqə daralır. Molla rejimi uzun müddət manevrlər edib, vədlər verib sanksiyalardan, çöküşünə aparan proseslərə start verilməsindən yayına bilsə də, son davranışları ilə bütün ümidləri puça çıxarıb. Tehran hamını təhdid etməyə başlamışdı və nüvə silahı əldə etmək planını da son vaxtlar açıq bəyan edirdi. Artıq İrana verilən möhləti bitmiş hesab etmək olar. Çünki molla rejimi ilə artıq başqa dildə danışılacağına dair açıq fikirlər səslənir.

 

“İsrail Almaniyanı İrana qarşı birlikdə mübarizə aparmağa çağırır və Berlindən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməsini gözləyir”.

 

Bunu İsrailin xarici işlər naziri Eli Koen Berlində almaniyalı həmkarı Annalena Berbok ilə görüşünün nəticələrinə dair birgə mətbuat konfransında bildirib.

 

“İran rejimi artıq təkcə regional problem deyil, həm də Avropa və bütün dünya üçün problemdir. İranın nüvə yarışına son qoymağın yeganə yolu diplomatik və iqtisadi təzyiqlərdən keçir”, - İsrail XİN rəhbəri vurğulayıb.

 

İsrailli nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət heç vaxt nüvə silahına sahib İranı qəbul etməməli və iranlıları beynəlxalq hüquqa və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə tam riayət etməyə qayıtmağa məcbur etməlidir. Eli Koen bəyan edib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirlər görməyin vaxtı gəlib çatıb. İsrail XİN rəhbəri Annalena Berbokdan SEPAH-ı Almaniyada terror təşkilatı kimi tanımağa və bu tanınmanı bütün Avropaya genişləndirməyə çağırıb. İsrailli nazir İranı bədxassəli şişə bənzədərək növbəti dəfə bəyan edib ki, Tehran regional radikal islam qruplaşmalarını maliyyələşdirir və nüvə silahı hazırlamağa çalışır. Koen İranın Ukrayna münaqişəsində tərəf olmasını “İranın dövlət terrorizminin xarakterik təzahürləri” adlandırıb. Almaniyanın xarici işlər naziri Annalena Berbok da bildirib ki, İran hərbi qruplara dəstək verməklə Yaxın Şərqin sabitliyini və təhlükəsizliyini təhdid edir. Onun sözlərinə görə, Berlin və Təl-Əviv İranın nüvə proqramından narahatdır...

 

Beləliklə, aydın görünür ki, kollektiv Qərb İrana qarşı koalision bir hərəkat formalaşdırır. Bəs konkret olaraq hansı tədbirlər görülə bilər? İsrailin bu təhdidindən sonra molla rejimi regional təxribatlara, silahlı toqquşmalara əl ata bilərmi? Bu prosesdə Azərbaycanın mövqeyi necə olmalıdır?

 

Politoloq: “İrana qarşı sanksiyalarda Türkiyə və Aİ ABŞ-la həmrəy deyil” -  28.11.2018, Sputnik Azərbaycan

 

“Tehran ətrafında halqa durmadan daralır”

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İrana qarşı təzyiqlərin, hücumların davam edəcəyini bildirdi:

 

“İran ətrafında halqa durmadan daralır. Qərbin təzyiqləri durmadan artır, sanksiyalar genişlənir. İranın Rusiyaya hərbi-sursat verməsi, hansı ki, Rusiya bundan Ukraynaya qarşı istifadə edir, Qərbin qəzəbini daha da artırır. Bununla sanksiyalar nəinki dərinləşir, konkret isimlər siyahılara salınır. Cənub qonşumuzda iqtisadi vəziyyət də getdikcə ağırlaşır. Xaos hələ də davam edir, etirazlar səngiməyib. Digər tərəfdən, İsrail də İranı hədələyir. İsrail rəsmiləri Qərbə belə bir mesaj göndərirlər ki, İran nüvə silahı əldə etməyə çox yaxındır, bunu gözləmədən İrana qarşı zərbələr endirmək lazımdır. Zatən bir müddət öncə İranın müəyyən mərkəzlərində partlayışlar oldu. Pilotsuz uçuş aparatları ilə müəyyən hədəflər vuruldu. Mütləq əksəriyyət anladı ki, bu hücumları İsrail tərəfi həyata keçirib. İran cavab tədbiri görə bilmədi. Çünki buna imkanı yox idi. Ona görə də hesab edirəm ki, İsrailin bu xəbərdarlıqları ciddidir. İsrail imkan vermək istəmir ki, İran nüvə silahı əldə etsin. Bilir ki, İran nüvə silahı əldə edərsə, ilk təhlükə İsrailə olacaq. Onsuz da cənub qonşumuzdakı rejim İsraili yer üzündən silmək istəyir. Ona görə də bundan sonra İrana qarşı həmlələri, bir sıra mərkəzlərin vurulmasını istisna etmirəm”.

 

Zelenski qəhrəman deyil, qəhrəman olsaydı bu duruma düşməzdilər" - Niyaməddin  Orduxanlı, son xeberler

 

“İran Azərbaycana qarşı hansı addımı atacaqsa...”

 

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı rəsmi Tehranın atacağı addımlara uyğun şəkildə adekvat cavab veriləcəyini söylədi:

 

“İran molla rejiminin radikal islam qruplarına və terrorçulara milyardlarla dollar vəsait xərcləməsi bir həqiqətdir. Ən dəhşətlisi odur ki, əhalisinin böyük əksəriyyəti yoxsulluq səviyyəsindən aşağı yaşadığı halda terrorçu təşkilatlara bu qədər vəsait xərcləyir. İsrail xarici işlər naziri Eli Koen tamamilə haqlıdır. Mollaların atom bombasını əldə etməsi tək region üçün deyil, bütövlükdə bəşəriyyət üçün təhlükədir. Tehran rejimi dövlət səviyyəsində terroru dəstəkləyir. Biz bunu Tehrandakı səfirliyimizə hazırlanmış terror aktında da gördük . Həmin şəxs SEPAH üzvü olduğunu bildirir. Bütün dövlətlər və beynəlxalq qurumlar SEPAH-ı terrorçu təşkilat kimi tanımalıdır. İran bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tələblərinə əməl etmir və bu təşkilata yalan məlumatlar verir. Kosmik görüntülər və digər məlumatlarla İranın nüvə silahı əldə etməsi ilə bağlı hansı işlər gördüyünü bilirlər. Əlbəttə, İran nəinki Ukrayna savaşında tərəfdir, həmçinin terrorçu dövlət olan Ermənistana da hər cür dəstək verir. Qərb və Amerikanın birgə fəaliyyəti nəticəsində İranın nüvə başlığına sahib çıxmasının qarşısının alınması istiqamətində koalision hərəkat formalaşdırması vacibdir. İran molla rejimi regional təxribatlara hər an əl ata bilər. Əlbəttə, Azərbaycan uzun illərdir ki, İranın təxribatları, təhdidləri ilə üzbəüzdür. İran Azərbaycana qarşı hansı addımı atacaqsa, təbii ki, adekvat cavabını alacaq”.

 

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

 

“Bu qərarın dəyişməsi mümkün deyil, çünki...”

 

Tanınmış siyasi yazar Kənan Rövşənoğlu Azərbaycanın verdiyi qərarı dəyişdirməyəcəyini zənn edir: 

 

“Qərbdə hazırda İranla bağlı əsas narahatlıq Tehranın uranı 85 faiz zənginləşdirməsi barədə xəbərlərdir. Əgər bu məlumat təsdiqlənərsə, ciddi rezonans doğura bilər. Ancaq indi nə ABŞ, nə də Avropa İranla münaqişəyə girmək fikrində deyil. Ötən həftə Aİ xarici siyasət idarəsinin rəhbəri dedi ki, İKK-ni terror təşkilatı siyahısına salmaq üçün məhkəmə qərarı olmaldır. Belə bir qərar isə hələlik yoxdur. Yəni Avropa İranla qapıları tamamilə qapatmaq fikrində deyil. Ancaq əlbəttə, uranın yüksək dərəcədə zənginləşdirilməsi Avropanı da narahat edir. Tehrana qarşı yeni sanksiyalar qəbul oluna bilər. Lakin hazırda prioritet Ukraynadır. İkinci cəbhənin açılması nə ABŞ, nə də Avropanın marağında deyil. Çünki bu olarsa, Rusiya Ukraynada məqsədinə daha da yaxınlaşar. Ancaq aydın məsələdir ki, İsrail ciddi narahatdır. Qərb də Təl-Əvivin narahatlığını bölüşür və buna görə də müəyyən addımlar atacaq. Amma bunun hərbi qarşıdurma fazasına keçməsini hələlik istəmirlər.

Bu mənada düşünürəm ki, bu cür bəyanatlar əslində daha çox İsraili sakitləşdirmək üçündür. Çünki İsrail rəhbərliyi Qərbi nəzərə almadan İrana zərbələr endirməyə başlasa, o zaman Qərb, xüsusən də ABŞ İsrailin yanında dayanmağa məcbur olacaq. Bu isə çox ciddi risklər, təhlükələr vəd edir, yuxarıda qeyd etdiyim səbəblərdən. ABŞ müdafiə nazirinin regiona səfəri də bu mənada İsraili sakitləşdirmək məqsədi daşıyır. Əlbəttə, Azərbaycan bu məsələdə mövqeyini hələ 2012-ci ildə açıq şəkildə elan edib, İrana qarşı hərbi müdaxilədə Azərbaycan iştirak etməyəcək. Bu qərarın dəyişməsi mümkün deyil, çünki əks təqdirdə, riskləri üzərimizə çəkmiş olarıq”. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür