ÜST pandemiyanın bitdiyini elan etdi

16:15 02-03-2023 | icon 474 | Sağlamlıq
ÜST pandemiyanın bitdiyini elan etdi

 

 

Versus.az Musavat.com-a istinadən xəbər verir ki, bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə təmas qrupunun zirvə görüşünə videoformatda qoşulan Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın bitməsi ilə bağlı məlumat verib: “Pandemiya bitir. İndi hər bir ölkə öz üzərinə düşəni etməli, gələcək pandemiyalara hazırlıqlı olmalı və pandemiyadan sonrakı bərpada iştirak etməlidir”.

ÜST-ün yaydığı açıqlamaya görə, son 28 gündə koronavirusa yoluxanların və ölüm hallarının sayı müvafiq olaraq 77 % və 66 % azalıb. “Dünyada son 28 gündə (cari ilin yanvarın 30-dan fevralın 26-dək) 4.8 milyondan çox yeni yoluxma halı və 39 000-dən çox ölüm qeydə alınıb ki, bu da öncəki 28 günlə müqayisədə müvafiq olaraq 76 % və 66 % azalıb”, – ÜST-nin həftəlik epidemioloji xülasəsində bildirilib. Fevralın 26-na olan vəziyyətə görə, dünyada 758 milyondan çox təsdiqlənmiş yoluxma halı və 6.8 milyondan çox ölüm faktı qeydə alınıb.

resize (2).jpg (59 KB)

Azərbaycanda da son ayların və həftələrin statistikasına görə ölkəmizdə virusa yoluxanların sayında ciddi şəkildə azalma var. Əksər infeksionistlər bildirirlər ki, pandemiyanı artıq bitmiş hesab etmək olar. Çünki insanlar arasında artıq həm təbii, həm də vaksinasiya yolu ilə süni şəkildə immunitet formalaşıb. Koronavirus da artıq getdikcə digər viruslar kimi mövsümi xarakter almağa başlayır. Elədirsə, Azərbaycanda quru sərhədlərin açılması üçün maneə qalmır. Bəs xüsusi karantin rejimi ləğv olunacaqmı? Yeri gəlmişkən, yaxın günlərdə Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb.

Millət vəkili Fəzail Ağamalı mövzu ilə bağlı bildirib ki, ÜST rəsmisinin bu açıqlaması ciddi qəbul olunmalıdır:

 

“Bu tendensiya həqiqətən də özünü göstərməkdədir. Hər birimiz mətbuatdan izləyirik ki, Azərbaycanda da COVİD 19-a tutulanların sayı getdikcə azalır. Ölüm sayı şükürlər olsun ki azdır, bəzən heç olmur. Dünyada da yoluxma sayı azalıb. Sadəcə son vaxtlar Çində yenidən virusa yoluxma sayı artmışdı. Bu amil diqqətimizi cəlb etdi. Amma geniş məlumatı olan ÜST rəsmisi bunu deyirsə, deməli bu qəbul olunmalıdır. Azərbaycanın da bu bəyanatdan sonra münasibətini ifadə etməsi Operativ Qərargahın vermiş olduğu qərardan asılı olacaq. Baxaq görək, Operativ Qərargah bu açıqlamaya hansı reaksiyanı verəcək. Hər bir ölkənin özünün spesifik xüsusiyyətləri var. Hər bir ölkədə vəziyyətə uyğun olaraq yanaşmalar var. ÜST belə dedisə, hər kəs qəbul etməlidir demək, mümkün deyil. Ona görə gəlin tələsməyək, aidiyyəti qurum vəziyyətə uyğun olaraq açıqlama verəcək, ona uyğun da addımlar atılacaq”.

 
Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür