"Fransanın işğalçı Ermənistanı dəstəkləməsi normaldır, çünki..."

18:53 02-03-2023 | icon 428 | Siyasət
"Fransanın işğalçı Ermənistanı dəstəkləməsi normaldır, çünki..."

Asif Əsgərli: “Soyqırımılara görə beynəlxalq bilik qarşısında cavab verməlidir”

 

 “Son zamanlar Fransanın beynəlxalq hüququ və ədaləti tapdaladığı müşahidə olunur. Fransa heç bir hüquq normalarına sığmayan hərəkətləri ilə sözdə ədalətli, barışdırıcı tərəf kimi görünmək istəsə də, əslində ermənipərəst mövqeyini ortaya qoymuş oldu. Fransanın işğalçı Ermənistanı dəstəkləməsi normal haldır. Çünki Fransa özü tarixə müstəmləkə ölkəsi olaraq düşüb”.

 

Bunu Versus.az-a YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

 

Asif Əsgərli deyib ki, Fransa, xüsusən Afrika ölkələrində etdiyi soyqırımılara görə beynəlxalq bilik qarşında cavab verməlidir:

 

“Məhz buna görə də martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında haqlı olaraq bildirib ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Prezident bildirib: “Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

 

A.Əsgərli qeyd edib ki, Azərbaycan qəti mövqe bildirib. Bəyan edib ki, ədalətsizlik, beynəlxalq hüququa hörmətsiz yanaşan Fransa ilə heç bir prosesdə iştirak etməməlidir. Cənubi Qafqazda sühün, sabitliyinin təmin olunmasına Fransanın heç bir yeri yoxdur.

 

ARZU
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR