Güclü yanğında ölənlərin sayı 7-yə çatıb
Fransanın paytaxtı Parisin cənub-qərbində güclü yanğın olub.
Versus.Az xəbər verir ki, hadisə şəhərin 16-cı dairəsinin Erlanje küçəsindəki 8 mərtəbəli binada qeydə alınıb.
Gecə saatlarında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb, 28 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti son dərəcə ağırdır.
Ərazidə 200-ə yaxın yanğınsöndürən çalışır. Qonşu binaların sakinləri təxliyə olunub.
Hadisənin səbəbi hələ məlum deyil.
Xəbər lenti
Tarixi dostluq və mehriban qonşuluq
"Əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək"