Mehmet Akif Ersoyun yubileyi keçirildi

14:51 13-03-2023 | icon 603 | Cəmiyyət
Mehmet Akif Ersoyun yubileyi keçirildi

Yunus Əmrə İnstitutunda türk şairi Mehmet Akif Ersoyun 150 illik yubiley və “İstiqlal” marşının 102-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Cahid Baxçı, BDU-nun şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Xarici Dillər Universitetinin Türkiyə araşdırmaları mərkəzinin direktoru Elçin İbrahimov və Pedaqoji universitetin Türkiyə mərkəzinin direktoru Elman Quliyev iştirak ediblər. Onlar M.A.Ersoyun əsərlərindən, yaradıcılığından danışıblar.

 

Versus.Az xəbər verir ki, Yunus Əmrə İnsitutunun direktoru Selçuk Karakılıç Mehmet Akif Ersoy yaradıcılığının qardaş ölkə üçün önəmindən bəhs edib.

 

“Mehmet Akif Ersoy “İstiqlal” marşından əlavə, “Safahat” şeirini yazan önəmli bir şairimizdir. Eyni zamanda, Akif Ersoy Türkiyənin yetişdirdiyi böyük bir addır. Bu baxımdan, biz onu anmaq və yeni nəsillərə tanıtmaq üçün bu tədbiri təşkil etdik. Ancaq bilirsiniz ki, bütün dünyada bu cür böyük şairlər böyük tədbirlərlə anılır. Türkiyədə baş verən zəlzələlərə görə bu tədbiri geniş şəkildə keçirə bilmədik. Əslində həm sərgi, həm də konsert olacaqdı. Zəlzələdə həyatını itirənlərin xatirəsinə bu iki tədbirdən imtina etdik”.

 

“İstiqlal” marşı Türkiyənin milli müqavilə mətni olduğuna görə hər il bunun qəbulu il dönümündə böyük tədbirlər təşkil olunur.

 

S.Karakılıç bildirib ki, 150 illik yubileylə əlaqədar azərbaycanlı heykəltaraş Mehmet Akif Ersoyun büstünü hazırlayıb. Bu büstü Bakıdakı hər hansı bir parka onun adını verib, abidəsinin açılmasını istəyirik. “2021-ci ildə Ankarada Əhməd Cavadın heykəli quruldu. Biz də milli şairimizin büstünü Bakıda görmək istərdik. Türkiyədə Əhməd Cavadla bağlı konfrans və panellərin təşkili də planlaşdırılır. Ancaq zəlzələyə görə ilin ilk 6 ayı yox, son 6 ayında bu tərz proqramlar keçiriləcək. Bundan başqa, davamlı olaraq Bakıda Mehmet Akif Ersoy, Türkiyədə isə Əhməd Cavadla bağlı sərgi və konfransların təşkili nəzərdə tutulub”.

 

    

 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR