Bakının görüş təklifinə separatçılardan TƏXRİBATÇI CAVAB

14:54 28-03-2023 | icon 265 | Qarabağ
Bakının görüş təklifinə separatçılardan TƏXRİBATÇI CAVAB

Laçın-Xankəndi yolundakı aksiya dayandırılmasını istəyirlər

 

Ötən gün Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsinə dair yenidən təklif irəli sürüb.

 

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - rəsmi məlumatda bildirilib.

 

Bundan öncə oxşar təklif martın 13-də irəli sürülmüşdü. Lakin erməni tərəfinin təxribatçı mövqe sərgiləməsi səbəbindən görüş baş tutmamışdı.

 

Qeyd edək ki, tərəflər arasında ilk görüş Xocalıda olub. Belə ki, martın 1-də Xocalı şəhərində Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı Ramin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak ediblər. 

 

Bakının növbəti görüş təklifinə gəlincə, separatçılar bu dəfə də destruktiv mövqe ortaya qoyublar. 

 

Ermənistanın "Hraparak" nəşrinin yaydığı məlumata görə, erməni separatçıları görüşün Bakıda keçirilməsinə razılaşmayıblar. Onlar belə bir görüşün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında keçirilməsinin mümkün olduğunu deyiblər və Bakıya getməkdən boyun qaçırıblar.

 

Bundan başqa, separatçılar bildiriblər ki, Bakı ilə görüşün keçirilməsi üçün Laçın-Xankəndi yolundakı aksiya dayandırılmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR