Misir məbədində qoç başı

12:04 29-03-2023 | icon 295 | Maraqlı
Misir məbədində qoç başı

Nyu-York Universitetinin arxeoloqları Misirin Abidos şəhərində firon II Ramzesin məbədində 2 000-dən çox mumiyalanmış qoç başı aşkar ediblər. Artefaktların yaşı 1 000 ildən artıqdır və onlar fironların altıncı sülaləsinə aiddirlər, bəzi tapıntıların isə hətta 4 300 ildən çox yaşı var.

 

Alimlər qoç qalıqları ilə yanaşı, mumiyalanmış itlər, çöl keçisi, inək, maral və dəvəquşu da tapıblar. Güman edilir ki, qədim misirlilər firon II Ramzesin ölümündən təxminən 1 000 il sonra onun şərəfinə burada heyvan mumiyaları qoyublar.

 

Burada arxeoloqlar həmçinin Köhnə Krallığın altıncı sülaləsinə aid “nəhəng binanın” qalıqlarını tapıblar. Binanın divarlarının qalınlığı 5 metrə yaxındır. Binanın özündə bir neçə heykəl, dəri ayaqqabı, paltar, papirus və hətta ağac qalıqları qorunub saxlanılıb.

 

Alimlər qeyd ediblər ki, kəşf Misirologiyanın inkişafında böyük rol oynaya bilər və II Ramzes məbədinin tikintisinə qədər qədim Abidosun görünüşü haqqında anlayışın bərpasına kömək edə bilər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq