Avropa İttifaqı yeni sistemə keçir

12:06 29-03-2023 | icon 360 | Dünya
Avropa İttifaqı yeni sistemə keçir

Şəxsiyyət və sürücülük vəsiqələrindən imtina ediləcək

 

Avropa İttifaqı bütün kağız və plastik sənədlərdən, xüsusən sürücülük və şəxsiyyət vəsiqələrindən imtina etməyə imkan verəcək rəqəmsal pulqabı hazırlayır.

 

Bildirilir ki, əvvəlki rəqəmsal pulqabı tətbiqi üzərində iş artıq başa çatıb və sınaqdan keçirilməsinə başlanıb.

 

Məlumata görə, rəqəmsal pulqabı sahibinin istəyi ilə məlumatları gizlətmək funksiyasına malik olacaq, yəni kimə hansı məlumatı göstərməyi şəxs özü seçəcək.

 

“Məsələn, yol polisi sizi saxlasa, sizin şəxsi kodunuz və adınızla tanış olmaq hüququ var, barda isə qapıçının sizin harada yaşadığınızı, şəxsi kodunuzu, doğum tarixinizi və ya adınızın nə olduğunu bilməsinə ehtiyac yoxdur. Sadəcə, 18 yaşdan yuxarı olmağınızı görməlidir”, - deyə Estoniya Dövlət İnformasiya Sistemi Departamentinin (RIA) eksperti Mark Erlix izah edib.

 

Erlixin sözlərinə görə, 2025-ci ilin sonuna qədər Aİ ölkələrinin rəqəmsal pulqabıdan istifadə etməyə başlaması üçün hazırda heç bir maneə yoxdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq