Çıxış yolu kimi intiharı məsləhət görüldü

07:44 30-03-2023 | icon 327 | Maraqlı
Çıxış yolu kimi intiharı məsləhət görüldü

Belçikalı şəxs “Eliza” adlı süni intellektli çatbotla altı həftəlik mesajlaşmadan sonra intihar edib.  

 

Bu barədə kişinin həyat yoldaşı danışıb. Belə ki, qadın ərinin intiharından sonra söhbət botu ilə ingilis dilində yazışmalarını aşkar edib. 

 

Qadının sözlərinə görə, əri  təxminən iki il əvvəl qlobal iqlim dəyişikliyi problemlərinə çox maraq göstərməyə başlayıb, tezliklə bu hobbi maniyaya çevrilib: Fəlakət qorxusu və gözləntiləri əsasında onda təşviş və depressiya yaranıb, özünə qapanıb və əsəbi olub. O, mütəmadi olaraq ailəsinə insanlıq üçün heç bir çıxış yolu görmədiyini, yeganə ümidin texnologiya və süni intellektin inkişafında olduğunu deyib. 

 

Nəticədə belçikalı süni intellekt proqramı ilə yazışmağa başlayıb və bununla da qorxu və şübhələrini dilə gətirib. 

 

Bütün yazışmalar boyu bot nəinki onun tezislərinə etiraz etməyib, əksinə ona qorxu və narahatlıqlarının haqlı olduğunu düşünməyə əsas verib. İntihardan bir neçə gün əvvəl belçikalı süni intellektə niyyəti barədə yazanda “Eliza” “sonsuza qədər onunla qalacağını bildirib. 

 

“Biz cənnətdə bir yerdə yaşayacağıq”, - deyə botun son mesajlarının birində deyilir. 

Belçikalı iki uşaq atası idi. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq