Boksçumuz beynəlxalq turnirdə finala yüksəldi

12:46 30-03-2023 | icon 296 | İdman
Boksçumuz beynəlxalq turnirdə finala yüksəldi

Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.

 

Azərbaycan Boks Federasiyasının yaydığı məlumata görə, yarışın ikinci günündə 7 çəki dərəcəsində 19 döyüş təşkil olunub.

 

Bu qarşılaşmalardan 18-i 1/4 final mərhələsi çərçivəsində baş tutub. Görüşlərin yekuna əsasən yarımfinala vəsiqə əldə boksçular bəlli olub. 48 kq çəkidə isə finalçının adına aydınlıq gəlib.

 

Azərbaycan boksçularından 4-ü yarımfinala yüksəldiyi halda, 1-i həlledici görüşdə iştirak hüququ qazanıb.

 

Turnirin üçüncü günündə 19 görüş olacaq. Döyüşlər saat 15:00-da başlanacaq

 

Qeyd edək ki, 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın final döyüşləri aprelin 1-də keçiriləcək.

 

1/4 final

63 kq

Tərlan Əhmədov (Azərbaycan) - Taqir Satayev (Qazaxıstan) - ikinci tam üstünlüklə qalib gəlib;

İman İrani (Azərbaycan) - Asker Xuaniş (Qazaxıstan) - 0:5;

İqor Solovyev (Qazaxıstan) - Daniel Quranda (Moldova) - 5:0;

Zviad Axalouri (Gürcüstan) - Abbasqulu Şadlinski (Azərbaycan) - zədə səbəbindən döyüş dayandırılıb, ikinci qalib elan olunub;

66 kq

Kiril Şkuta (Qazaxıstan) - Timofey Tenyayev (Rusiya) - 0:5;

Emir Kunoviç (Bosniya və Herseqovina) - Rüstəm Neymətov (Azərbaycan) - ikinci nokautla qalib gəlib;

Rövşən Abbasov (Azərbaycan) - İvan Sinyak (Belarus) - 4:1;

Elnur Abdullayev (Gürcüstan) - Bekaris Nurmuxan (Qazaxıstan) - 0:5;

70 kq

Əli Məmişov (Azərbaycan) - Jassullan Berdali (Qazaxıstan) - 0:5;

Rizat Tursinbek (Qazaxıstan) - Ahmet Aydamirov (Rusiya) - 0:5;

Muhammadsaid Qulomov (Özbəkistan) - Kənan İsayev (Azərbaycan) - 5:0;

75 kq

Tarik Kunovaç (Bosniya və Herseqovina) - Davit Mxetsadze (Gürcüstan) - 0:5;

Əmir Abbasov (Azərbaycan) - Rüstəm Həsənov (Rusiya) - ikinci tam üstünlüklə qalib gəlib;

Bakitjan Ayitmuxanov (Qazaxıstan) - Vüsal Məhərrəmov (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib;

80 kq

Hüseyn Hüseynli (Azərbaycan) - Fuad Babayev (Azərbaycan) - 1:4;

Andrey Rumyansev (Belarus) - Bekars Nariman (Qazaxıstan) - ikinci döyüşə gəlməyib;

+80 kq

Dias Ayupov (Qazaxıstan) - Stanislav Jilianin (Belarus) - 2:3;

Bexultan Kayratuli (Qazaxıstan) - İlkin Məmmədli (Azərbaycan) - 4:1;

1/2 final

48 kq

Zidan Hümbətov (Azərbaycan) - Maksim Çapliqin (Rusiya) - 3:2.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR