Türk Dövlətlər Təşkilatının toplantısında ilk gündəm-açıqlama

18:42 16-03-2023 | icon 291 | Geopolitika
Türk Dövlətlər Təşkilatının toplantısında ilk gündəm-açıqlama

 

 “Fevralın 6-da Türkiyədə baş verən fəlakətdə Azərbaycanın yardımı heç vaxt unudulmayacaq. Dostluq qardaşlıqdır, qara günlər üçün var və qaranlıq günlərdə bir yerdə olan dostların köməyi, bu yardım unudulmazdır və dostluğu daha da möhkəmləndirir, bu mənada Azərbaycanın köməyi Türkiyə üçün çox önəmlidir”.

 

Versus.az xəbər verir ki, bunu  Türkiyə Beynəlxalq Araşdırmalar Mərkəsinin sədri Hasan Oktay Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən fövqaladə Zirvə görüşü, Türkiyə-Azərbaycan dostluğunun getdikcə möhkəmlənməsi və Türk Birliyinə töhfələri fonunda diqqət çəkən nüansları təhlil edərkən bildirib.

 

H.Oktay qeyd edib ki, Türk Dövlətləri Təşkilatının zəlzələ gündəmi ilə bağlı toplantısı və zəlzələ prosesində ona kömək edən bütün türk dövlətlərinin iştirakı Türkiyə üçün dəyərlidir.

 

“Qardaşlar bu gün üçün var. Düşünürəm ki, Zirvə görüşündə Qardaşların öz köməklərini səfərbər etməsi, Türkiyənin o dövlətlərə təşəkkür bildirməsi, zəlzələ gündəmi, Türk Dövlətlər Təşkilatının toplantısında ilk gündəm olacaq. Eyni zamanda hər bir Türk dövlətinin Türkiyəyə verdiyi dəstək önümüzdəki günlərdə nələr edilə biləcəyini daha aydın şəkildə danışmaq üçün dövlət təşkilatıdır”.

 

H.Oktay Zirvə görüşünün əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görı, bu görüş çox əhəmiyyətlidir.

 

“Azərbaycan Türkiyə ilə birlikdə türk dövlətləri arasında mühüm körpüdür və hər bir türk dövləti bu körpünün daha da möhkəmlənməsi üçün əlindən gələni edir. Xüsusən də Türküstan coğrafiyasının enerji ehtiyatlarının Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması Türkiyə regionun iqtisadi inkişafına böyük dəstək verəcək. Türkmənistan-Azərbaycan-Türkiyə qaz müqaviləsi onun reallaşması ilə mühüm nümunə olacaq. Nəzərə alsaq ki, Azərbaycanın İran və Ermənistanla problemləri qismən də bu əhəmiyyətdən qaynaqlanır, türk dövlətlərinin təşkilatlanmasının kritik bir prosesdən keçdiyini və buna görə hərəkətə keçməli olduğunu açıq şəkildə ortaya qoyur”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...