“Fransa hökuməti yaxşı olardı ki, öz gözündəki “tirə” baxsın...”

19:00 13-03-2023 | icon 221 | Dünya
“Fransa hökuməti yaxşı olardı ki, öz gözündəki “tirə” baxsın...”

 

 

 

“Fransanın hazırki Makron hakimiyyəti çox rüsvayedici siyasət aparır. Vəziyyət o həddə çatıb ki, Fransanın təhlükəsizliyinə, suverenliyinə heç bir təhdid yaratmayan kiçik bir coğrafiyanı təşkil edən Korsika dilinin parlamentdə ləğvinə qərar verilib. Bu əslində Fransanın başqa xalqlara qarşı törətdiyi mənəvi bir soyqırım, genefonda qarşı vurulmuş bir zərbədir”.

 

Versus.az xəbər verir ki, bunu  politoloq Zaur Məmmədov Korsikanın yerli parlamentində “müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydaların” Fransa Konstitusiyanın 2-ci maddəsinə zidd hesab edilərək Korsika dilinin qadağan edilməsi ilə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər.

 

Politoloq bildirib ki, başqa dövlətlərin suverenliyinə hörmətsiz yanaşan Fransa hökuməti öz içində bütöv bir xalqın adını və dilini qadağan etdiyi halda, guya erməni xalqının  “təəssübünü çəkib”, buna görə az qala Azərbaycanı “soyqırım”da ittiham etməyə cəhd edərək riyakarlıq nümayiş etdirir.

 

Politoloq Fransa-Makron hökumətinin bu siyasətinin korsikalıların öz dillərindən, tarixlərindən məhrum olmasına, öz dillərini unutmasına yönəlldiyini qeyd edib. Ekspert eyni zamanda hesab edir ki, Fransanın Korsika dilini qadağan etməsinə heç bir hüququ əsası yoxdur. Buna yalnız Korsika Parlamenti, Korsika Qanunvericiliyi ilə məşğul olan instansiyalar qərar verə bilərlər. 

“Korsika dilinin qadağan edilməsi Fransa hökumətinin təhriki ilə baş verib. Fransa tərəfindən diqtə edilən qərarların Korsikada qəbul edilməsi onu göstərir ki, Paris Afrikanın şimalında və mərkəzində həyata keçirdiyi müstəmləkəçilik siyasətini davam etdirir. Bir tərəfdən də öz ərazisində-Qarabağda ermənilərin hüquqlarını, təhlükəsizliyini təmin etməyə hazır olan, digər xalqlar kimi ermənilərin də təhsil, din, dil haqqını tanıyan Azərbaycanı daim “qeyri -humanist” və “qeyri-demokratik” olmaqda ittiham edir. Fransa hökuməti BMT-nin -“Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik və beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində də istifadə olunur, lakin Korsika dili qadağandır” kimi narahatçılıq və etiraz dolu bəyanatlarını qulaqardına vurur.

Z.Məmmədov bildirib ki, istər BMT, istərsə də beynəlxalq qurumların ayrı-ayrı instansiyaları Fransanın ərazisində olan icmalara qarşı ciddi kobud rəftarı, onların hüquqlarını pozması ilə bağlı dəfələrlə bəyanatlar verib.

Politoloq qeyd edib ki, Avropa İttifaqının əsas üzvlərindən biri olan Fransanın bu cür rüsvayedici siyasət aparması təəssüf doğurur. O, bildirib ki, erməni dəyirmanına su tökən, Azərbaycanı yersiz qınayan  Fransa hökuməti yaxşı olardı ki, öz gözündəki “tirə” baxsın, başqa xalqlara qarşı necə mürtəce davrandıqlarını gösün.

“Fransada multikultural dəyərlər məhv edilib. Ayrı ayrı xalqlar, miqrantlarla yerli əhali arasında ciddi mədəni, psixoloji, sosial ziddiyyətlər mövcuddur. Bunun da arxasında hökumətin apardığı rüsvayedici siyasət durur. Əminəm ki, Fransa xalqı özü hökumətin apardığı bu siyasəti bəyənmir. Orada keçirilən etiraz aksiyaları, mitinqlər də bunu göstərir”.

 

Tahirə Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq