"Aprel döyüşlər"indən 7 il keçdi...

08:52 03-04-2023 | icon 294 | Qarabağ
"Aprel döyüşlər"indən 7 il keçdi...

 

“4 günlük döyüşlərin nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinə bayrağımızın sancılması nəticəsində minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Həmçinin Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və eləcədə Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu”.

 

Versus.az xəbər verir ki, bunu politoloq Rəşad Bayramov 2016-cı il “Aprel döyüşləri”nin 7-ci ilində Azərbaycan Ordusunun qələbə əzminin  göstəricisi, Vətən müharibəsinin ilkin məşqi kontekstində şərh edərkən bildirib.

 

Politoloq qeyd edib ki, Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması əks-həmlə əməliyyatını zərurətə çevirmişdi və nəticə etibarilə ordumuz sürətli əks-hücum əməliyyatı həyata keçirərək düşməni ağır məğlubiyyətə uğratdı.

 

“Firkimcə 2016-cı ilin Aprel döyüşləri xalqımızın kimliyini özünə xatırlatmaq, bir məqsəd ətrafında birləşmək yolunda ilk böyük addımlardan biri kimi tarixə düşdü. Müstəqilliyimizin bərpasından sonra ilk dəfə dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini, böyük Qarabağ zəfərinin uzaqda olmadığını bu qədər yaxından hiss etdik. Çünki Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı”.

 

R.Bayramov hesab edir ki, Aprel döyüşləri Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirilməsi ilə yanaşı, tərəflərin qüvvələr nisbətini üzə çıxarmaq, geosiyasi mənzərəni, regionda təsiri olan qüvvələrin maraq və mənafelər dairəsini aydınlaşdırmaq baxımından da olduqca önəmli oldu.

 

“Bu döyüşlər sübut etdi ki, Azərbaycan xalq, dövlət olaraq Qarabağdan vaz keçmək fikrində deyil. Bunu Ermənistan da, onun havadarları da yaxşı anladılar”.

Politoloq Aprel döyüşlərindəki lokal qələbəmizi 44 günlük müharibənin baş məşqi kimi dəyərləndirdi. O, hesab edir ki, bu döyüşlər nəticəsində hərbi-psixoloji üstünlüyü ələ keçirən Azərbaycan 1994-cü ildə imzalanmış atəşkəs sazişindən sonra formalaşmış "məğlubedilməz erməni ordusu" mifini alt-üst etmiş oldu.

 

“Azərbaycan ordusu döyüş meydanında nəyə qadir olduğunu göstərdi. Bu, həm Erməmistana, həm də onun havadarlarına atəşkəsdən sonra vurulmuş ilk böyük psixoloji zərbə idi. 

Aprel döyüşləri xalqımızda Qarabağın azad edilməsinə inamı artırdı. Xalq-Ordu-Dövlət birliyi möhkəmləndi. Nəticə 2020-ci ilin ikinci yarısından başlayaraq göründü. Lələtəpədən başlayan qələbə Şuşaya qədər gedib çıxdı”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR