Rusiya-Ukrayna müharibəsinin ən kritik nöqtəsi...

14:07 03-04-2023 | icon 352 | Dünya
Rusiya-Ukrayna müharibəsinin ən kritik nöqtəsi...

 

“Vaqner” özəl hərbi birliyinin rəhbəri Yevgeni Priqojin Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirdiyini açıqlayıb. O, Baxmutda administrativ binaya Sankt-Peterburqdakı “Strit-bar” kafesində baş verən partlayışda həyatını itirən hərbi müxbir Vladlen Tatarskinin adının yazıldığı Rusiya bayrağının sancıldığını bəyan edib. 

 

Versus.az xəbər verir ki, Ukrayna-Rusiya müharibəsində tərəflərin  hazırki mövqeyini şərh edən politoloq Turan Rzayev Ukrayna tərəfinin hələlik rəsmi məlumat verməsə də, Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirməsini mümkün hesab edib. 

 

Politoloq bildirib ki, Baxmut hazırda Rusiya-Ukrayna müharibəsinin ən kritik nöqtəsidir.

 

"Həm Rusiya, həm də Ukrayna tərəfi üçün strateji önəmə sahibdir. Bundan başqa, Baxmut psixoloji üstünlük baxımdan da vacibdir. Belə ki, iki tərəf də müharibə gedişində ciddi itkilər verib və müsbət xəbər eşitməyə ehtiyacı var. Xüsusilə Baxmutun ələ keçirilməsi Rusiya üçün həyati önəmə sahibdir.

Belə ki, Rusiya ictimaiyyətində müharibə əleyhinə baxışlar günbəgün artır. Baxmutun ələ keçirilməsindən Kreml geniş şəkildə istifadə edəcək.

Yevgeni Priqojin hər nə qədər Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirdiyini açıqlasa da, mümkündür ki, bu, Ukrayna silahlı qüvvələrinin taktiki geri çəkilməsidir.

Məsələ ondadır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı ilə Prezident Volodimir Zelenski arasında Baxmutla bağlı ciddi fikir ayrılığı var. Zelenski Baxmutun müdafiə edilməsini dəstəkləsə də, Zalujnı çəkilib daha ciddi müdafiə xəttinin qurulmasını təklif edirdi. Görünür, Zalujnı bu məsələdə Zelenskini razı sala bilib.

Diqqətçəkən bir məqam da Baxmutun Valeri Zalujnı ilə Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin arasında telefon danışığından qısa müddət sonra ələ keçməsidir. Belə ki, Zalujnı Toni Radakla məhz cəbhəboyu əməliyyat vəziyyəti, həmçinin Baxmut istiqamətində döyüşləri müzakirə edib. Mümkündür ki, Böyük Britaniya Müdafiə Qərargahının rəisi də ukraynalı həmkarına Baxmutdan taktiki-strateji geri çəkilməyə dair məsləhət verib.

Nisbi sakitlik

Nəzərə alsaq ki, hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir, Baxmutun ruslar tərəfindən ələ keçirilməsi hücumların intensivliyini azalda bilər. Düzdür, Baxmutun tutulması ruslara Çasov Yar, Kramatorsk və Slavyanska çatmaq imkanı versə də, yorğun və ciddi itkilərə məruz qalan qoşunların bir müddət hücumlara fasilə verməsi ehtimal edilir. Mümkündür ki, ruslar Baxmutda müdafiə xəttini gücləndirib yeni hücumlar üçün hazırlıq işləri görəcək. Bu da öz növbəsində tərəflər arasında nisbi sakitliyin yaranmasına səbəb ola bilər.

Kiyev rusların Baxmutdan sonra hücumlara fasilə verəcəyini bilir və məhz buna görə geri çəkilmə taktikasını seçdi. Ukrayna ordusu bu fasilədən həm müdafiə xəttinin gücləndirilməsi, həm də əks-hücum hazırlıqlarının görülməsi üçün istifadə edə bilər".

 

Ləman 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq