"4 gündə  Lələtəpənin nəzarətə götürülməsi silahlı qüvvlələrimizin masterklası idi"

09:34 05-04-2023 | icon 290 | Qarabağ
"4 gündə  Lələtəpənin nəzarətə götürülməsi silahlı qüvvlələrimizin masterklası idi"

 

 

 “2016-cı ilin Aprel Şəhidləri  Ermənistan hərbi iyerarxiyasının çöküşünü təmin etdi.  2016 çı il aprel döyüşlərini 2020-ci il Vətən müharibəsində qələbəmizi təmin edən hissə kimu qəbul etməliyik.  4, 44-ə təkan verən hərbi platforma oldu”.

 

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev 4 günlük Aprel döyüşlərini təhlil edərkən bildirib. Ekspert 2016-cı ildə ermənilərin iki istiqamətdə çöküşünün  başladığını qeyd edib.

 

 

“Aprel döyüşlərindən sonra Ermənistan silahlı qüvvələrində dəhral 3 generalı vəifədən çıxartdılar. Ermənilər bu məğlubiyyəti özlərinə bağışlaya bilmirdilər. Bu 4 gün ermənilərin siyasi- hərbi çöküşü, erməni xalqının psixoloji zəifləməsi, erməni mifinin dağılması oldu.  Aprel döyüşlərdən sonra 2 il müddətində günahkar ovuna çıxdılar.  Dolayısı ilə məhz Ermənistan siyasi sisteminin çöküşünü 2016-cı ilin qəhrəmanları təmin etdi”. 

 

E.Şıxəliyev 1994-cü il atəşkəs ilindən başlayaraq bu günə qədər olan dövrü 3 əsas hissəyə bölüb: 2016-cı ilin aprel döyüşləri, Vətən Müharibəsi və bundan sonra olacaqlar. Onun fikrincə, hər üç mərhələ regionda mühüm nəticəyə gətirən hərbi-siyasi mənzərənin detallarıdır.

 

“1994-cü il atəşkəsdən sonra ermənlərin müdafiə əməliyyatları Ohanyan səddinə hesablanmışdı. Onlar düşünürdülər ki, Azərbaycan silahlı qüvvələri istəsələr o hədləri ən azı 3 günə, bir həftəyə keçə bilməzlər və keçmək istəsələr də əlavə qüvvələr onları məhv edəcək.  Ermənilər Azərbaycanın ən mühüm yüksəkliklərini almışdılar və  istənilən vaxt bizi hədəfə ala bilirdilər.  Daim Talış istiqamətindən Tap Qaraqoyunlu yaşayış məntəqəsini, eyni zamanda Tərtərin kəndlərini rahatlıqla atəş altına alırdılar. Talışda sağ cinahın planlanması keçici hədəf idi. Biz o müharibənin 4 gününü gördük. Onlar bu keçici hədəfləri 2020-ci il 27 sentyabra ötürdülər.   Çünki bizim silahlı qüvvələrin əməliyyatları nəticəsində Ohonyan səddi zədələnmişdi və 2020-ci ilə qədər ermənilər o səddi bərpa edə bilmədilər. Yaranan boşluq bizim o hədlərdə apardığımız əməliyyatlar 2020-ci il 27 sentyabr hücumuna keçdi.

Eynilə də cənub istiqamətində Lələtəpə taktiki yüksəkliyi əhəmiyyətli idi. Lələtəpə coğrafi yer olaraq əslində çox böyük yüksəklik sayılmazdı. Araz vadisi üzəri düzənlik idi və o  dövr üçün Lələtəpə kimin nəzarətində isdisə, ən azı qarşı tərəfi 10 kilometr texniki vasitələrlə müşahidə və atəş nəzarətində saxlaya bilirdi. O dövrdə Lələtəpə ermənilərin nəzarətində olduğu üçün cənub istiqamətində Cocuqmərcanlını, Horadizi atəş təsiri altında saxlayırdılar. Ermənilər həmişə mülki əhalini atəşə tuturdu”.

 

Ekspert qeyd edib ki, 1994-cü ilə qədər bizim ən çox itki verdiyimiz bölgələrdən  biri Lələtəpə idi. Lələtəpəni nəzarətə götürmək üçün əks hücumlarda 800-1000 nəfər arası itkilərimiz olub.  

 

“I Qarabağ müharibəsində 3 alaya qədər qüvvəmiz sırf Lələtəpəni nəzarətə götürmək üçün müxtəlif vaxtlarda hücum, əks hücum əməliyyatı keçirmişdi. Amma məqsədinə nail olmamışdı. Ona görə də 2016-cı ildə 4 gündə  Lələtəpənin nəzarətə götürülməsini bizim silahlı qüvvlələrin masterklası adlandırmaq olar.  Həmin ərazi 10 hektarlıq ərazidir. Ermənilər orda yer altında sərbəst hərəkət edə biləcək bir bunker yaratmışdılar. Biz tərəfə açılan hissəsi 30-20 açılan bir müşahidə pəncərələri idi ki, ordan atəş açıb içəri keçirdilər. Biz tərəfdən müşahidə olunmaycaq bir gücləri var idi”.

 

E.Şıxəliyev hesab edir ki, 2016-cı ilin bu əməliyyatarı olmasaydı, 27 sentyabrda başladığımız əməliyyatların 44 günə qazanılan uğurları olmazdı. O zamankı əməliyyatlarda xüsusi təynatlılarımızın qaymaqları şəhid oldular. 30 illik müddətdə ABŞ-ın Renger təlim mərkəzlərini bitirmiş bizim xüsusi təyinatlılarımızın tərkibində polkovnik rütbəli zabitlər əməliyyatlara cəlb olunmuşdular. İtkilərimiz böyük idi. Amma bunun qarşılığnda sırf Lələtəpənin, Talış istiqamətində yüksəkliklərin nəzarətə götürülməsi və Ohonyan həddinin zədələnməsi estafeti 2020-ci ilin 27 sentyabrına buraxdı. Aprel igidləri öz şəhadətləri ilə bugünkü zəfərimizə qatqı qatmışdı”.(hafta.az)

 

Tahirə Qafarlı

 Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR