Hibrid Günəş tutulması baş verəcək

07:01 10-04-2023 | icon 273 | Maraqlı
Hibrid Günəş tutulması baş verəcək

Aprelin 20-də ilin ilk Günəş tutulması baş verəcək.

 

Budəfəki hadisə hibrid tutulma adlanır və təbiətdə ən nadir hallardan biri sayılır.

 

Hibrid Günəş tutulması iki növ tutulmanı birləşdirir - tam və həlqəvi. Aydan gələn kölgə Yerin səthi boyunca hərəkət etdikcə onlar bir-birini əvəz edir. Çox vaxt hibrid tutulma əvvəlcə həlqəvi, sonra tam, daha sonra yenidən həlqəvi olur.

 

Belə tutulmalar nadir hallarda baş verir. Öncəki hadisə 8 aprel 2005-ci ildə müşahidə edilib, növbətisi isə 30 aprel 2041-ci ildə baş tutacaq.

 

Günəş tutulmasını Avstraliya, İndoneziya və Şərqi Timorun sakinləri izləyəcəklər. Lakin onlar hibrid Günəş tutulmasını yox, yalnız onun tam versiyasını görə biləcəklər. Hibrid təbiət hadisəsi isə ancaq okenaların ucqar nöqtələrindən müşahidə ediləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq