Ronaldu “Ən-Nəsr”ın baş məşqçisindən narazıdır

08:58 12-04-2023 | icon 217 | İdman
Ronaldu “Ən-Nəsr”ın baş məşqçisindən narazıdır

“Ən-Nəsr”in portuqaliyalı yarımmüdafiəçisi Kriştianu Ronaldu baş məşqçi Rudi Qarsiyadan və komandasının göstərdiyi oyundan narazıdır.

 

Məlumata görə, Ronaldu komandanın daha yüksək səviyyəli oyun nümayiş etdirmək və titul qazanmaq potensialına malik olduğuna inanır. Portuqaliyalı “Ən-Nəsr”in yarımfinalda uduzaraq kubok uğrunda mübarizə apara bilməməsindən narazıdır. Axı yarımmüdafiəçi komandanın oyununa ciddi töhfə verib: 10 liqa matçında 11 qol vurub.

 

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı liqasına “Əl-İttihad” başçılıq edir və turnirin bitməsinə cəmi 7 oyun qalmış Ronaldunun komandasını 3 xal qabaqlayır.

 

Xatırladaq ki, 37 yaşlı Ronaldu 2022-ci ilin noyabrından “Mançester Yunayted”lə müqaviləsinə xitam verildikdən sonra komandasız qalıb. Yanvarın 2-də o, ildə 200 milyon avro qazanacağı müqavilə ilə Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış etməyə başlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq