Pentaqon xəbərdaqlıq etdi

09:10 12-04-2023 | icon 308 | Dünya
Pentaqon xəbərdaqlıq etdi

 

“Məxfi sənədlərin internetə sızması insanların ölümünə səbəb ola bilər”.

 

Bu barədə Pentaqonun sözçüsü Kris Miqer bildirib.

 

Miqer hesab edir ki, bu sənədlərin sızması ABŞ kəşfiyyatının informatorları üçün ağır və hətta ölümcül nəticələnə bilər.

 

“Məxfi məlumatların açıqlanması nəinki milli təhlükəsizliyimiz üçün ağır nəticələrə gətirib çıxara bilər, həm də insanların ölümünə də səbəb ola bilər”, - deyə Miqer xəbərdarlıq edib.

 

Xatırladaq ki, aprelin 7-də Ukrayna müharibəsi ilə bağlı Pentaqonun məxfi sənədlərinin sızması məlum olub. Materiallarda Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti, ABŞ və NATO-nun Ukrayna ordusunu gücləndirmək planları haqqında məlumatlar yer alıb.

 

Bundan əlavə, sənədlərdə Rusiya Federasiyası və BƏƏ-nin ABŞ və Böyük Britaniya kəşfiyyat orqanlarına qarşı birgə fəaliyyəti, sanksiyalardan yayınmaqda Rusiya və onun vətəndaşlarına yardım haqqında kəşfiyyat məlumatları olub. Həmçinin Misirin Ukraynada müharibədə istifadə üçün Rusiyanı sursatla təmin etmək planları barədə məlumatlar da ortaya çıxıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq