Tarixi uğura imza atan idmançımız

14:14 12-04-2023 | icon 215 | İdman
Tarixi uğura imza atan idmançımız

Zərifə Hüseynova: “Hədəf Olimpiya medalıdır”

 

“Emosiyalar çox güclüdür. Təbii ki, qızıl medal qazanmaq daha yaxşı olardı, amma düşünürəm ki, gümüş medal da yaxşı nəticədir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində gümüş medal qazanmış Zərifə Hüseynova deyib. Sablyaçı bu uğuru gözlədiyini bildirib:

 

“Dünya çempionatına ciddi hazırlaşmışdıq. Xarici ölkələrdə təlim-məşq toplanışı keçmişdik. Uğur qazanacağımı gözləyirdim”.

 

O, finalda məğlub olmasını yarımfinal qarşılaşmasında çox güc itirməsi ilə əlaqələndirib:

 

“Qrup mərhələsi mənim üçün uğurlu başladı. Yarımfinala kimi qarşılaşdığım rəqiblər texnikalı və hazırlıqlı olsalar da, ən çətin görüşüm yarımfinalda amerikalı qılıncoynadanla idi. Yarımfinalda tam gücümü ortaya qoyduğumdan finalda mübarizə aparmaq fiziki və psixoloji cəhətdən çətin idi”.

 

Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində ilk medalı qazanmaqla tarixə düşən Z.Hüseynova əsas hədəfinin Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək olduğunu qeyd edib:

 

“Qarşıdakı hədəflərlə bağlı indidən bir söz deyə bilmərəm. Lakin növbəti mövsümdə daha yaxşı çıxış etmək üçün üzərimdə çox çalışmalıyam. Mənim də bütün idmançılar kimi hədəfim Olimpiya medalıdır. Bu arzuma çatmaq üçün əlimdən gələni edəcəyəm”.

 

17 yaşlı idmançı Azərbaycanda ənənəvi idman növü hesab edilməyən qılıncoynatma ilə məşğul olmasını belə əsaslandırıb:

 

“Evimizin yaxınlığındakı məktəbdə qılıncoynatma məşqləri keçirilirdi və beləcə məndə də bu idman növünə maraq yarandı. Qılıncoynatmaya qədər digər idman növləri ilə də məşğul olmuşam. Amma yekunda bu idman növündə özümü sınamağa qərar verdim”. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq