Mədəaltı vəzinin yaxşı işləmədiyinin 3 əlaməti

10:30 13-04-2023 | icon 253 | Sağlamlıq
Mədəaltı vəzinin yaxşı işləmədiyinin 3 əlaməti
Mədəaltı vəzinin işləməməsini 3 əsas əlamətlə təyin etmək olar.
 
 
Həkim qastroenteroloq – hepatoloq Serqey Vyalov zədələnmiş mədəaltı vəzinin uzun müddət nəzərə çarpan simptomlar göstərə bilmədiyi barədə xəbərdarlıq edib.
 
 
Mədədə problem olduqda, uzun müddət ağrı və ya narahatlıq hiss olunmur: insan yağlı qidalardan, spirtli içkidən sonra özünü pis hiss etməyə bilər.
 
 
Buna baxmayaraq, mədəaltı vəzi patologiyaya məruz qalırsa və öz funksiyalarını lazımi dərəcədə yerinə yetirmirsə, xəstələr bir gün xoşagəlməz simptomlarla üzləşirər. Bu gözlənilməz kəskin pisləşmə ilə özünü büruzə verir.
 
 
Mədəaltı vəzi həzm üçün lazım olan fermentləri ifraz edə bilməyəndə simptomlar görünməyə başlayır: mədə ağrıyır, şişir, nəcislə bağlı problemlər yaranır.
 
 
Həzm işində belə bir dəyişiklik mədəaltı vəzinin toxumalarının geniş zədələnməsi üçün xarakterikdir.
 
 
Bir insan normadan çox yedikdə, mədəaltı vəzinin tükənməsi səbəbindən fermentləri yetərli olmaya bilər. Yemək həzm olunmur və qarın şişir.
 
 
Həkimin sözlərinə görə, mədəaltı vəzi xəstəliklərinin ən çox yayılmış səbəblərindən biri həddindən artıq çox yeməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq