Çörəkarası yağ-pendir yemək zərərlidir

12:00 13-04-2023 | icon 233 | Sağlamlıq
Çörəkarası yağ-pendir yemək zərərlidir

Buterbrodu pendirlə birgə yeməyə adət etmişik. Əsasən də səhər yeməyində onu çox sevirlər.

 
 
Bu ikili mədəaltı vəzə zərər verir.
 
 
Çörəkarası yağ və pendir hamımızın sevimli səhər yeməyidir. Lakin mədaltı vəzinin ən böyük düşmənidir.
 
 
Həkim - qastroenteroloq Sergey Vyalov bildirir ki, bu məhsulda heyvan yağlarının miqdarı 50 % təşkil etdiyindən yağlı hesab edilir.
 
 
Pendir bu məhsulun yarısını təşkil etdiyindən, kərə yağı ilə çorək yağlılığın və xolestrolun miqdarını artırır.
Kərə yağı və pendir birlikdə bədənimizə sadəcə, xolesterin və trigliseridlərin "şok dozası" verir ki, bu da mədəaltı vəziyə yükü artırır və qan damarlarının aterosklerozunun inkişafını sürətləndirir.
 
 
Belə bir sendviçi hər gün yemək bədənə davamlı olaraq daxil olan kalorilərin həzm edilməsi və assimilyasiyası ilə bağlı problemlər yaradır. Bu proseslər yağ yığılmasına kömək edir. Unutmayın ki, artıq çəki bütövlükdə sağlamlığa mənfi təsir göstərəcək. Çünki bu cür məhsulları istehlak etdikdən sonra qanda xolesterinin səviyyəsi yüksəlir. Bu cür dəyişikliklər qan damarlarının vəziyyətinə və qan dövranı sisteminə mənfi təsir götərir və müəyyən xəstəliklərə səbəb olur. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq