Milli Məclisdə qadın müharibə veteranları ilə görüş keçirilib

17:57 13-04-2023 | icon 334 | Cəmiyyət
Milli Məclisdə qadın müharibə veteranları ilə görüş keçirilib

 

 

Aprelin 13-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin nümayəndələri ilə görüşüblər. Görüş iştirakçıları, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Bu barədə Versus.az-a Milli Məclisin Mətbuat və  ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova veteran qadınları salamlayaraq, bildirib ki,  ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına hər zaman böyük hörmət və ehtiram göstərilib. O, veteranların hər birinin vətənpərvərliyinin gələcək nəsillər üçün örnək olduğunu deyib, Vətənimizin müdafiəsində göstərdikləri şücaətlərə görə onları təqdir edib.

 

Komitə sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni işğalçıları üzərində qazandığı möhtəşəm  Zəfərin xalqımıza böyük qürur hissi bəxş etdiyini bildirib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına daim diqqət və qayğı göstərdiklərini vurğulayıb. Hicran Hüseynova dövlətimiz tərəfindən bu kateqoriyadan olan insanların həyat şəraitinin, sosial təminatlarının yaxşılaşdırılması istiqamətində bütün zəruri tədbirlərin həyata keçirildiyini qeyd edib.

“Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas səmimi görüşə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi Birlik haqqında məlumat verib, qurum tərəfindən görülən işlər barədə danışıb.

Tədbirdə çıxış edən müharibə veteranları Gülnarə Cabbarova, Ceyran Əzizova, Səriyyə Cabbarova, Gülpəri Əhmədova, Əntiqə Qonaqova şəhid ailələrinə, müharibə əlillərinə və  veteranlara dövlət səviyyəsində göstərilən dəstəkdən danışaraq, ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər. Xanım veteranlar keçdikləri döyüş yolu, müharibədən sonrakı fəaliyyətləri barədə söhbət açıblar, həyata keçirdikləri layihələrdən bəhs ediblər, bəzi arzu və istəklərini səsləndiriblər.

Görüşdə müharibə veteranlarını narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələrdə qaldırılan məsələlərin hərtərəfli araşdırılacağı və onların həlli istiqamətində müvafiq addımların atılacağı qeyd olunub.

Tədbirdə deputatlardan Jalə Əhmədova, Sevinc Fətəliyeva, Sevinc Hüseynova, Səbinə Xasayeva, Aqiyə Naxçıvanlı, müharibə veteranları Sevil Hüseynova, Mətanət Məhərrəmova, Nailə Ələkbərova, Roza Hacıyeva, Səkinə Həmidova və digər rəsmi şəxslər iştirak ediblər.

 

Arzu

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”