“Beşiktaş”ın Bakıya gəlişi yenə təxirə düşür

12:23 14-04-2023 | icon 175 | İdman
“Beşiktaş”ın Bakıya gəlişi yenə təxirə düşür

Martda “Qarabağ” - “Qalatasaray” xeyriyyə oyununun keçiriləcəyi dəqiqləşdikdən sonra daha bir İstanbul nəhəngi “Beşiktaş”ın da Bakıya gələcəyi və “Sabah”la qarşılaşacağı ilə bağlı xəbərlər yayıldı.

 

Xatırladaq ki, öncə görüşün ötən ay təşkil olunacağı bildirilsə də, ardınca ən yaxşı halda apreldə oynanacağı məlum oldu. İndi isə bəlli olur ki, “qara qartal” bu ay da ölkəmizə gəlməyəcək.

 

Əldə etdiyimiz məlumata görə, komandalar oyunun tarixi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər. Görüşün ayın sonuncu ongünlüyündə keçirilməsi planlaşdırılsa da, “Beşiktaş”ın ağır qrafiki buna əngəl olub. Beləliklə, İstanbul klubunun bu ay Bakıya gəlişi çox cüzi ehtimaldır.

 

Bununla belə, klublar təmasları dayandırmayıblar. “Sabah” və “Beşiktaş” ümid edirlər ki, mövsümün sonuna qədər belə bir oyun təşkil etmək mümkün olacaq.

 

Xatırladaq ki, əvvəlki illərdə də “Beşiktaş”ın yoxlama oyunu üçün Bakıya gəlməsi ilə bağlı planlar olsa da, bu, heç vaxt reallaşmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq