Sevindik Nəsiboğlunun 6-cı kitabı işıq üzü gördü

18:17 14-04-2023 | icon 333 | Cəmiyyət
Sevindik Nəsiboğlunun 6-cı kitabı işıq üzü gördü

Müəllif bu dəfə oxucuları ilə görüşə “Zəfəri Nurlandıran Nurlan”la gəldi



Bədii-publisistik üslubda qələmə alınmış “Zəfəri nurlandıran Nurlan” adlı bu kitab məktəbli, şair-publisist, yeniyetmə yazar Sevindik Nəsiboğlunun oxucuları ilə sayca 6-cı görüşüdür. Bu kitabda Azərbaycanımızın, Türk dünyamızın mədəniyyət mərkəzi, adı qəhrəmanlıq dastanlarımızın, hekayələrimizin, poemalarımızın, şeirlərimizin əsas başlığına çevrilmiş doğma Qarabağımızın baş tacı olan Şuşada Topxana meşəsindən bədxah düşmənlərimiz tərəfindən atılan top mərmilərinin qorxunc səsləri altında dünyaya göz açmış, hələ altı aylıq qundaqda olarkən doğulduğu müqəddəs məkanda ayaq açıb yerimədən, ana qucağında məcburən doğma yurdunu tərk etmiş, “Ana”, “Vətən” deməyə başlayandan ta şəhadətinə, son sözünə qədər ürəyi vətənlə döyünən, müqəddəs vətən torpaqlarının düşmən tapdağından azad edilməsi yolunda canından çox sevdiyi vətəninə canını fəda edərək, qırmızı qanları ilə adlarını tariximizə qızıl hərflərlə həkk etdirərək dastanlaşmış vətən oğullarından biri – şəhid leytenant Həsənov Nurlan Nadir oğlunun məcburi köçkünlükdə keçirdiyi uşaqlıq, yeniyetməlik, orta məktəb, tələbəlik, əsgərlik və şanlı döyüş yolu, tarix baxımından qısa olsa da, məna baxımından əbədiyaşar ömür yolundan bəhs edilmişdir.

 

Müəllifin kitabda yer almış eyniadlı məqaləsi onun redaksiya heyətinin üzvü və ən gənc müxbiri olduğu “Kredo” qəzetində, “Afia.az” və digər xəbər saytlarında dərc edilmişdir.


Bu kitab Vətənini, millətini, torpağını, müzəffər ordusunu, Vətən fədailərini sevən hər bir şəxs üçün nəzərdə tutulmuşdur.

Sevindik Nəsiboğlu (Əliyev Sevindik Nəsib oğlu) 26 iyul 2008-ci ildə İmişli şəhərində anadan olmuşdur. O, əslən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olmaqla Xocavənd rayonunun Muğanlı kəndində daimi qeydiyyatdadır. Hazırda 9-cu sinif şagirdi, dərs əlaçısıdır. Onun şeirləri hələ 2015-ci ildən müxtəlif qəzet və jurnallarda dərc olunmuş, milli radio və televiziyanın, eləcə də digər televiziya kanallarının efirində yayımlanan verilişlərdə dəfələrlə səsləndirilmişdir.

 

Sevindik ictimai fəallığına görə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Gənc istedad” (2017), “Afia.az” İnformasiya Agentliyinin “Ən yaxşı yazar”və “İlin şagirdi”, eləcə də “Azərbaycan XXI əsrə istedadlarla” layihəsi çərçivəsində “Gənc istedad” diplomlarına layiq görülmüşdür. 2018-ci ildə onun “Dünyamsan Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı şeir, 2020-ci ildə “Ulu Naxçıvanım” adlı nəsr, “Könüllərə yol gəzirəm” adlı şeir, 2021-ci ildə şəhidlərimizə və işğaldan azad olunmuş torpaqlarımıza həsr olunmuş “Möhtəşəm Zəfərin
nişanəsi” adlı bədii-publisistik kitabları nəşr edilmiş, redaksiya heyətinin üzvü və ən gənc ictimai müxbiri olduğu “Kredo” qəzetində çoxsaylı məqalələri, araşdırmaları və şeirləri mütəmadi dərc olunmuş, “Afia.az”, “XeberTime.az”, “Versus.az” və digər xəbər saytları vasitəsi ilə yayımlanmışdır. Vətən müharibəsi başlanan günün ilk anlarından Sevindik qələmini mənfur düşmənin sinəsinə sancılan süngüyə çevirərək Ali Baş Komandanımızın rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən azad edilmiş torpaqlarımıza, qəhrəman əsgər və zabitlərimizə şeirlər və publisistik yazılar həsr etmişdir. Onun günbəgün yaxınlaşdığımız müqəddəs Zəfərimizə həsr etdiyi “Zəfərin nişanəsi” adlı şeiri Mədəniyyət Nazirliyi tərəfindən keçirilən ədəbiyyat müsabiqəsinin qalibi olmaqla Nazirliyin fəxri fərmanına layiq görülmüş, bu mövzuda qələmə alınmış “Dirçələn Xarıbülbül” adlı kitabın materialları isə nəşr olunması üçün Mədəniyyət Nazirliyinin müvafiq komissiyasına təqdim edilmişdir. Sevindik Nəsiboğlu 2021-ci ilin iyun ayından Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.


Qeyd edək ki, “Zəfəri nurlandıran Nurlan” kitabının redaktoru Əli Rza Xələflidir. 140 səhifəlik bu kitab “Bakı Mətbəəsi”ndə nəşr edilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA