Azərbaycan üzgüçüləri 14 qizil vətənə döndülər

14:46 17-04-2023 | icon 222 | İdman
Azərbaycan üzgüçüləri 14 qizil vətənə döndülər

 

"13-16 aprel tarixlərində Macarıstanın Şopron şəhərində keçirilmiş Yeniyetmələr arasında beynəlxalq turnirdə iştirak edən Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası yarışları yüksək nəticələrlə başa vuraraq dünən vətənə dönüblər. Almaniya, Fransa, Macarıstan, Slovakiya, Xorvatiya kimi güclü komandaların da mübarizə apardığı turnurdə üzgüçülərimiz 14 qizil medal, 8 gümüş medal, 10 burunc medal qazanıblar".

 

Versus.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib. 

 

Verilən məlumata görə, üzgüçülük Federasiyasının mətbuat xidməti milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanova istinadən məlumat verir ki, 18 idmançıdan ibarət komandanın üzvlərindən Məryəm Cavadova 3 qızıl, 1 gümüş medal, Oqtay Hüseynov 2 qızıl, bir gümüş, bir bürünc medal, Amin Orujli bir qızıl medal, Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc medal, Xumar Müstafayeva 1 qızıl, 1 bürünc medal, Daniyal Muhəmməd 2 qızıl medal, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc medal, Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc, Mehri Abdürrəhmanlı 1 gümüş medal, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc medal, Orxan Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə bürünc medal qazanıblar.

 


Millinin baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə “Bu üzgülük üzrə çox mötəbər bir beynəlxalq turnir idi. Dünyanın su idman növlərinin ən inkişaf etmiş ölkələri bu yarışda iştirak edirdi. Bu idmançılarımız üçün böyük beynəlxalq təcrübə oldu. Üzgüçülərimiz bu turnirdə yaxşı nəticələr qazandılar. Bu onun göstəricisidir ki, federasiyanın su idman növləri üzrə strategiyası düzgün istiqamətdə inkişaf edir. Komandamızın bu yarışda iştirakına dəstək verdiyi üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına minnətdarlığımızı bildiririk ” deyə R. Əbdürrəhmanov əlavə edib.

 

Pəri

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq