Cəlilabadın Qarakazımlı kəndində yol problemi

14:53 17-04-2023 | icon 204 | Cəmiyyət
Cəlilabadın Qarakazımlı kəndində yol problemi

Bələdiyyələri Əlaqələndirmə Şurasından absurd CAVAB

 

Cəlilabad rayonunun Qarakazımlı kəndinin yolları bərbad vəziyyətə düşüb. Bu barədə “Report”un yerli bürosuna kənd sakinləri məlumat veriblər.

 

Onların sözlərinə görə, kəndin yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.

 

Sakinlər deyib ki, Qarakazımlı kəndinin yolundan qonşu Moranlı, Dələli və digər kəndlərin də sakinləri istifadə edirlər.

 

Kənd camaatı bildirib ki, bir qədər yağış yağan kimi yolda palçıq yaranır və burada hərəkət etmək çətinləşir.

 

Məsələ ilə bağlı Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasından bildirilib ki, kənd sakinlərinin bələdiyyəyə vergi borcları yığılıb.

 

Qeyd edilib ki, həmin vergi borcları ödənildikdən sonra problem öz həllini tapacaq.

 

Qeyd edək ki, Qarakazımlı kəndi rayon mərkəzindən təxminən 30 km aralıda yerləşir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”