Anti-Korrupsiya Şəbəkəsinin ekspertləri Bakıya gəlir

18:14 17-04-2023 | icon 268 | Sosial
Anti-Korrupsiya Şəbəkəsinin ekspertləri Bakıya gəlir


"Prokurorluq orqanları beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir".

 

Bu barədə Versus.az-a Baş Prokurorluöun Mətbuat xidmətindən məlumat verilib. 

 

Verilən məlumata görə, bu çərçivədə qeyd edilməlidir ki, ölkəmiz 2006-2010-cu illərdə OECD-nin I, 2010-2013-cü illərdə II, 2013-2016-cı illərdə III, 2016-2019-cu illərdə IV Monitorinq Mərhələlərini uğurla tamamlayaraq uyğunluq hesabatı əldə edib. Xüsusilə vurğulanmalıdır ki, monitorinqlər çərçivəsində milli qanunvericiliyin, həmçinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın və vətəndaşlara göstərilən xidmət meyarlarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması istiqamətində əhəmiyyətli dəyişikliklər edilib.

 

Uğurlu əməkdaşlığın təzahürü kimi ölkəmizin OECD tərəfindən növbəti V raund qiymətləndirilməsi prosesi çərçivəsində müvafiq müsahibələrin həyata keçirilməsi məqsədilə həmin qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin ekspertlərindən ibarət nümayəndə heyətinin cari ilin 17-21 aprel tarixlərini əhatə edəcək Bakı şəhərinə səfəri başlayıb.

 

Tədbirin ilk günü açılış nitqi ilə çıxış edən OECD üzrə Milli Koordinator - Baş Prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayaraq, OECD ilə uğurlu əməkdaşlığın nəticəsi kimi həmin təşkilatın tövsiyələri əsasında milli qanunvericilikdə mütərəqqi dəyişikliklər edilməsini ekspert heyətinin diqqətinə çatdırıb, habelə, hazırki dəyərləndirmənin milli qanunvericiliyin beynəlxalq standartlar əsasında qiymətləndirilərək təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

 

Bundan sonra OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin sədri Draqo Kos və Ekspertlər Qrupunun rəhbəri Jolita Vasiliaskuayte Şəbəkənin hazırki fəaliyyəti haqqında ətraflı məlumat verib, ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatları, hazırki dövrədək keçirilmiş qiymətləndirmə proseslərinə dair öz müsbət fikirlərini bölüşüb, daha sonra ölkəmizin OECD tərəfindən 5-ci raund çərçivəsində qiymətləndirilməsi prosesinə dair zəruri məsələlər üzrə çıxış edib.

Hazırda ölkəmizin OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsi tərəfindən V raund qiymətləndirilməsi çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında dövlət orqanlarının, qeyri-hökümət təşkilatlarının, həmçinin vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə müsahibələrin həyata keçirilməsi prosesi davam edir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...