Dinozavr skeleti 5.3 milyon dollara satıldı
ABŞ-da üç ayrı bölgədən tapılan 300-ə yaxın sümükdən yığılmış dinozavr skeleti İsveçrədə hərraca çıxarılıb.
"Üçlük" adlandırılan və 293 sümükdən yığılan skelet Sürixdə 4,8 milyon franka (5,3 milyon dollar) satılıb.
Ətyeyən dinozavrlar cinsinə daxil olan tiranozavr reks skeletinin uzunluğu 11,6, hündürlüyü 3,9 metrdir.
Skeleti toplayan komanda onun daha baha qiymətə satılacağını gözləyirdi.
Xəbər lenti
Yol kənarındakı qanunsuz tikililər sökülüb
Qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlər davam edir